Mədənizin gizli düşmənləri

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 432
Səs ver:
(səs: 0)

 Günahsız kimi görünən bir çox yeməyin əslində mədənizin və bağırsaqlarınızın gizli düşmənləri olduğunu bilir idinizmi? Həzmi çox çətin olan bu qidalardan uzaq dayanmanız faydalı ola bilər.

 Ədviyyatlı yeməklərdən uzaq durun!

Acı bibərlər yeməyə möhtəşəm bir ədviyyat dadı qatsa da, mədəyə enərkən yemək borusunu təhriş edə bilər. Nəticə: yedikdən sonra xoş olmayan bir mədə yanması.

 Şokolad yerkən bir dəfə daha düşünün!

Bu ləzzətin ardından ortaya çıxan pis nəticələndirərin çoxu yalnız şokolad yeməkdən qaynaqlanmaz. Şokoladı həddindən artıq istehlak etməkdən qaynaqlanar.
Klassik tərifdə bir kiçik browni ehtimalla qəbul edilə bilər; amma üç browni qəbul edilə bilməz. Gastro-esophageal reflü xəstəliyindən (GERD) şikayəti olanlar çox kiçik bir boşqab şokoladda belə problem yaşaya bilər.

 Qızarmış toyuq göründüyü qədər günahsız deyil!

Bir yeməyi aldığınız bir sousa buladığınız və sıx bir şəkildə qızartdığınız vaxt, o yeməyi mədədə sərt bir konsistensiyaya çevirmiş olarsınız. Qızarmış yeməklər qaçınılmaz olaraq yağlıdır və yağ məzmunu yüksəkdir. Bu iki xüsusiyyət də mədə üçün problemdir.
Mütəxəssislərə görə, iltihablı bağırsaq xəstəliyindən şikayətçi sinizsə yağlı yeməklər xüsusilə problem yaradar və ürək bulanması ilə ishala səbəb ola bilər. Daha sağlam bir yemək əldə etmək üçün dondurulmuş toyuq sinələri üzərində öz çörək qırıntılarınızı istifadə edin və qızartmaq yerinə onları sobaya qoyun.

 Sitrus meyvələri sularına diqqət yetirin!

Hər səhər portağal suyu içmək olduqca faydalı görünə bilər. Ancaq bu növdən turşulu içkilər yemək borusunu tahriş edə bilər. Mədədə turşu reflüsü hissi yaratsa da bu yalnız bir tahriştir. Mədədə, içkinin əlavə turşusu başqa problemlərə səbəb ola bilər.
Əgər səhər qalxar qalxmaz heç bir şey yeməmişsinizsə mədəniz onsuz da turşuyla doludur və əlavə turşu əlavə etməniz mədənin ağrımasına səbəb olar. Yüksək früktozlu misir siropu ilə dadlandırılmış limonad içirsinizsə diqqətli olun, çünki yüksək miqdardakı şəkər zəbti ishala səbəb olar.

 Kartof püresi yeməyin!!

Bir kasa kremli kartof püresindən daha günahsız görünə bilməz heç bir şey. Hər şeydən əvvəl, kartof əzməsinin sözdə 'uyğun yeməklər' siyahısında ən üst sıralara yaxın olmasının səbəbi budur.
"Əgər laktoz dözümlülüyü olmayan birisinizsə, bu kartofda heç bir uyğunluq görə bilməzsiniz; çünki çoxu süd və hətta sıx krem ilə doludur. Kartof püresinin yan təsirlərini ortadan qaldırmaq üçün evdə laktoz ehtiva etməyən tam yağlı süd istifadə edərək edə bilərsiniz.

 Dondurma həssas mədəyə düşmən!

Laktoza qarşı dözümlülüyünün olub olmadığını test etmək üçün böyük bir kasa dondurma ilə oturtmaqdan daha sürətli bir yol yoxdur. Qabarıqlıq, kramp və qaz açıq mesajlardır. Beləliklə sisteminiz bu cür zəngin süd məhsullarından uzaq dayanmanızı sizə izah etməyə çalışar. Əgər vəziyyət belədirsə, tək çarə laktoz ehtiva etməyən dondurulmuş yeməklərə (soya ya da düyü südündən edilənlər kimi) keçməkdir.
Lakin laktoza qarşı dözümlülüksüz olmasınızsa belə yarım litrlik bir dondurmanı bir dəfədə yemək mədənizdə problemlər yaradacaq. Bunun səbəbi həzm edilmədən əvvəl bütün yağların və yağ artıqlarının mədədə digər yeməklərdən daha uzun müddət qalmasıdır.

 Çiy soğan istehlak etməyin!

Soğan və sarımsaq, pırasa və nişangah soğanı kimi qidalar (ürəyi qoruyucu təsirlərinə qarşı) mədə ağrısına səbəb olarlar. Bu qidaları bişirmək problem yaradan komponentlərin kimilərini təsirsiz hala gətirir kimi görünər. Lakin bişirərək eyni zamanda bədənə faydalı maddələri də təsirsiz hala gətirərsiniz. Bu səbəblə diyetisyen Mary Ryan, həm bişmiş həm də çiy soğanı bir yerdə istifadə etmənizi təklif edir.

 Şəkərsiz saqqızı seçməyin!

Sorbitol (şəkər, saqqız, şəkərləmə və diyet şokoladlarda olan məzmun vəsaiti) mədədə qaza səbəb ola bilər. Problem yaradan, şəkər yerini tutacaq maddələrdən daha az istifadə edən şəkərsiz məhsulları görmək üçün almadan əvvəl etiketini nəzarət edin. Çoxu insan iki ya da üç qramı problem yaşamadan istehlak edə bilər lakin 10 ya da daha çox qram ehtiva edən bir məhsulu həzm etmək şübhəsiz çətin olacaq.
Tərcümə və Redaktə etdi: PURE LOVE


(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri