Soyuq havanın da faydası var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 140
Səs ver:
(səs: 2)

 

 

DƏRİ LƏKƏLƏRİNİ ARADAN QALDIRIR

 

Ləkə üzərinə tətbiq olunan təzyiqli buz, dəri üzərində olan,doğum ləkələri və yanıq ləkələrini yox edə bilir. Bu üsulda xüsusi bir aparatla çox incə buz parçalan yüksək təzyiqlə dərinin alt təbəqələrinə göndərilir və təkrar əmilir. Beləcə dərinin o təbəqəsinin öz özünü yeniləməsi təmin edilir. Dəri öz özünü yenilədiyində də ləkələr ortadan qalxır. Üsul gözəllik mərkəzlərində tətbiq olunur.

 


 

BAŞ AĞRILARI ÜZƏRİNDƏ TƏSİRLİ

 

Mütəxəssislər soyuğun baş ağrısını aradan qaldırmada da təsirli olduğunu söyləyir. Bunun üçün başınızda ağrı hiss etdiyinizdə bir paketə buz doldurun və incə bir bezə sarılı şəkildə ağrıyan bölgə üzərində tətbiq edin. Soyuq, həssas olan sinirləri yatırıb keyidərək ağrını azaldacaq. Ayrıca, şiddətli diş ağrılarınız olduğunda, yanağımızın üzərinə qoyacağımız buz torbası ağrını əhəmiyyətli ölçüdə dindirir.

 

TROMPLARİ YOX EDİR

 

Soyuq kompres, damarlara doğrudan təsir edərək yumşaq toxular arasında qanın toplanmasını yəni TROMPU azaldaraq şiş meydana gəlməsini maneə törədir. Bu üsuldan faydalanmaq üçün, mütəxəssisin təklif etdiyi bir müddət və sıxlıqla ( 48- 72 saat boyunca, ümumiyyətlə 1/2- 1 saat ara ilə 8-10 dəqiqə qədər) buzlu kompresin o bölgə üzərinə tətbiq olunması lazımdır.

 

OYNAQ AĞRILARINI AZALDIR

 

"Kriyoterapi" (buz müalicəsi) adı verilən bu üsulla bədənimizdəki müxtəlif romatizm, oynaq ağrıları və ya şişliklər azaldıla bilir. Çünki soyuq, damarları sıxışdıraraq hər cür oynaq ağrılarını əhəmiyyətli ölçüdə yox edir. Bu üsulu klinikalarda etdirəcəyiniz kimi texnikalarını öyrənərək evinizdə də tətbiq edə bilərsiniz. Bunun üçün ağrıyan bölgəniz üzərinə buz torbası qoyaraq kompres edə bilərsiniz. Soyuq təsirini 20 dəqiqə içərisində göstərəcək. Ancaq dəriyə doğrudan təmas etdirmədən bir bezə qucaqlayaraq tətbiq etmək daha faydalı olar.

 

SAÇLARI CANLANDIRIR

 

Tökülən saçlarınızın yenidən çıxmasına köməkçi ola bilmək məqsədiylə başınıza təxminən 0 dərəcədə hazırlanmış buz torbası ya da xüsusi hazırlanmış bir papaq yerləşdirə bilərsiniz. Mütəxəssislər, soyuğun təsiriylə birlikdə, saç dərisində olan qan damarlarının büzüldüyünü və saç köklərinin canlandığını izah edir.

 

MADDƏLƏR MÜBADİLƏSİNİ HƏRƏKƏTƏ KEÇİRİR

 

Avropanın Şimal bölgələrində - 110 dərəcədə olan soyuq otaqlar istifadə edilərək xəstələr 1 ya da 2,5 dəqiqə boyunca içəridə buraxılır. Bu üsul ürək narahatlıqları, soyuq allergiyası olanlar xaric hər kəsə tətbiq oluna bilir.

 

BƏZİ TÜMƏRLƏRƏ QARŞI İSTİFADƏ EDİLİR

 

Cərrahı əməliyyat köməyiylə tətbiq olunan təzyiqli buzun; qaraciyər, ağciyər, prostat, kolon və böyrək üzərində iştirak edən kiçik diametrdə bəzi şişlərin yox edilməsində əhəmiyyətli ölçüdə rol oynadığı deyilir. Son vaxtlarda edilən bəzi təcrübələrdə isə sümük, sinə, beyin və onurğa iliyi üzərində yaranan şişlərin azaldılması istiqamətində işlər görülür.

Tərcümə etdi:Su_Perisi_


Redakte etdi: PRETTY_GİRL

 


 
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri