Faydalı məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 218
Səs ver:
(səs: 5)

 

 Badam nədir və badam faydaları nələrdir? Kalsium, fosfor, sink, dəmir, maqnezium, kalium, A, B, C və E vitaminləri ehtiva edən badam sağlamlığın dostu olan bir qidadır. Şirin badam və acı badam olmaqla iki növə ayrılır.

 

• Badam ürək və damar dostudur.

• Qan laxtalanmasını və damar sərtliyini önləyər. Təzyiqi salar, şəkər xəstələrində riski azaldar.

• Bor baxımından zəngindir; sümükləri gücləndirər.

• İçindəki kalsium xolesterol səviyyəsini salar və sümük əriməsini önləyər.

• Ehtiva etdiyi maqnezium qarında qaz, ruhi vəziyyət dəyişiklikləri, baş ağrısı, şəkərli və şirin qidalara istək, yuxusuzluq, yorğunluq və baş gicəllənməsi kimi halların qarşısını alar.

• İçindəki yağlar xolesterolu azaldır.

• Bədən müqavimətinin artmasında, yaraların yaxşılaşmasında, dad duyğusunun meydana gəlməsində çox faydalıdır.

• Hamiləlik üçün sink mineralı ehtiva edər.

• Fiziki və zehni yorğunluq üçün istifadə edilə bilər.

• Cinsi gücsüzlüyə qarşı faydalıdır.

• Yağ və ya duzla işlənməmiş badam ürək sağlamlığını qoruyucudur.

• Sidik yolları və cinsi orqanlardakı iltihabları yaxşılaşdırmaq xüsusiyyəti var.

• Qanda şəkərin səviyyəsini tənzimləyər.

• Xərçəng və infarkt kimi xəstəliklərə qarşı qoruyucudur.

• Quru dəri üçün bəsləyicidir. Badam yağı dəri baxımı, saç və dırnaq sağlamlığına da təsiri var.

• Stresə yaxşı təsir göstərən yeməklər arasındadır.

• Amerikada aparılan araşdırmada badamın toxluq hissi verərək yemək yemə istəyini azaldığı təsbit edilmişdir.

• Kaliforniya Universitetində aparılan araşdırmaya görə, badamın tərkibində Alzheymer xəstəliyi üçün istifadə edilən dərmanların ehtiva etdiyi maddələrə bənzəyən maddələrin olduğu təsbit edilmişdir. Nizamlı badam istehlak edənlərin beyin hüceyrələrinin daha kec yaşlanacağı ifadə edilmişdir.

• Acı badam öskürək kəsici təsirə malik olmasına baxmayaraq çox dozada qəbul edildiyi zaman zəhərlənməyə səbəb ola bilər.

Şirin badam yağının faydaları:

• Badam yağının istifadəsi: şirin badam yağı dərini təravətləndirər və dərinin nəmini qoruyar, saçları qidalandırar. Badam toxumlarının soyuq preslənməsilə əldə edilər. Açıldıqdan sonra soyuducuda saxlanmalıdır.

• İştahın bir nömrəli düşməni badamdır

• İştahınla baş edə bilmirsən? Ya da qan şəkərin davamlı düşdüyü üçün heç cür pəhriz tuta bilmirsən? O zaman olduqca bəsləyici olan badama bir nəzər salaq.

• Əzələnin işləməsini təmin edər, iştahla döyüşər

• Piylənmə, ürək narahatlıqları, əzələ itkisi, qırışlar, xərçəng, yüksək qan təzyiqi.

• Zülal, E Vitamini, maqnezium, fosfor. Badamın faydaları

• Şirin badam toxumlarında az miqdarda zülal, dəmir və kalsiumla birlikdə yüksək nisbətdə yağ var

• Acı badam ağız yoluyla alındığında sinə yumşaldıcı, öskürək kəsici təsiri olmaqla birlikdə yüksək dozada alındığında zəhərlənmə təsiri yaradar.

• Sinirləri gücləndirər.

• Sinə xəstəliklərini, bədən və zehin yorğunluğunu aradan qaldırar.

• Hamilələrin südünü artırar və körpələrin inkişafına kömək edər.

• Böyrək, sidik yolları və cinsi orqanlardakı iltihabları yaxşılaşdırar.

• Badam yağı isə həzmsizliyə yaxşı gəlir.

• Burun quruluğunun müalicəsində badam yağından istifadə etmək olar

• Uşaqlarınız və ya siz bu narahatlıqdan xilas olmaq üçün gündə iki-üç dəfə bir-iki damla badam yağını burunlarınıza damladaraq bu problemdən xilas ola bilərsiniz.

• Tez-tez dodaqlarının çatlamasından narahat olanlar da gün ərzində bir- iki damla badam yağı istifadə etməlidirlər.

• Xolestrolun səviyyəsini salar. İnfarkt riskini 50 faiz azaldar.

• Hər gün 42 qr badam, fındıq yediyimizdə ürək xəstəliyi riski azalar.

• Qanda şəkəri səviyyəsini nizamlayar; xərçəngə tutulma riskini azaldar.

• Cinsi gücsüzlüyə qarşı təsirlidir.

• Bədənin və zehinin yorğunluğunu aradan qaldırar. Baş ağrısı, qaraciyər və böyrək ağrılarını yüngülləşdirər.

 


(səs: 5)
Şərhlər: 2
Baxılıb: 6 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri