Vegetarian hamilə qadınlar necə qidalanmalıdır?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2255
Paylaş:
Səs ver:
(səs: 2)
Cəmiyyətimizdə bəzi insan qrupları var ki, onlar sağlamlıqlarına və cəmiyyətə zərər vuran insanlara nisbətən daha doğru və düzgün yol seçiblər.
Həmin insanlara ibadət yerlərində, mötəbər elm mərkəzlərində, olimpiyadalarda, müxtəlif treninq və seminarlarda, ictimai həyatımıza rəng qatan digər mərkəzlərdə rast gəlmək olur. Günümüzdə sağlamlıq mövzuları içərisində öz aktuallığı ilə bir çox insanların rəğbətini qazanan vegetarianlar özlərinə və cəmiyyətə xeyir verən həmin insan qruplarınadan biridir. Bildiyimiz kimi, vegetarianlar qida rasionlarında ətdən və balıqdan istifadəyə yox, daha çox südlü yeməklərə, göyərtiyə, meyvələrə və s. qidalara üstünlük verirlər. Bəs hamilə olan vegetarian qadınlar necə qidalanmalı, daha çox hansı məhsullardan istifadə etməlidirlər.
Türkiyə mətbuatında verilən məlumata görə həmin qadınların ilk növbədə daimi, balanslı və sağlam qidalanmalıdırlar.
Səhərlər 2 dilim orta yağlı ağ pendirdən, 1 qaynadılmış yumurtadan, 2 şirin çay qaşığı bəhməzdən, 4-5 zeytundan, çörəkdən, pomidor və xiyardan istifadə etməlidirlər.
Günorta yeməyinə kimi yarım çay stəkanı quru üzüm yeməkləri də uyğun görülür. Günorta vaxtı isə 1 qab paxla, 1 qab plov ya da makaron, salat, 2 dilim ağ pendir, zeytun yağı, 1 qab tərəvəz, 1 dilim kəpəkli çörək kimi qidalara üstünlük vermək məsləhət görülür.
Axşama qədər isə meyvələrdən 1 banan ya da 1 su stəkanı çiyələk, südlü məhsullardan 1 kasa qatıq, ləpələrdən isə 5 qoz yeməlidirlər.
Axşam yeməyində 1 kasa şorba, 1 qab tərəvəz yeməyi, salat (2 dilim ağ pendir), çörək.
Yatmamışdan əvvəl isə 20-25 albalı və ya yarım çay stəkanı quru üzüm, 20 fındıq, 1 kasa qatıq məsləhət görülür.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 2255
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv