Beyinə Zərər Vuran Qidalar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 581
Səs ver:
(səs: 5)
Məlumata görə beyin funksiyalarına şəkər, doymuş yağ, çipsi, pizza və digər xəmirli qidalar, aşağı karbohidratlı pəhrizlər, duzlu və qızardılmış yeməklər zərər vurur.
Şəkərdən çoxlu istifadə sağlamlıq üçün xeyirli hesab olunmur. Bu cür istifadənin insanın ağırlaşmasına, beyin funksiyalarının isə bağlanmasına səbəb olduğu bildirilir.
Harvardda aparılan araşdırmalar haqqında məlumatda doymuş yağ nisbətinin qidalanmada beyin funksiyalarına zərər verdiyi göstərilir. Zeytun yağı, avokado kimi sağlam yağlarla qidalananların yaddaşında isə güclənmə olduğu bildirilir.
Beynin inkişafını doğru təmin etməsi üçün uşaqların inkişaf dövrlərində onların qidalanmalarına xüsusi diqqət verilməli, çipsi, pizza və digər xəmirdən hazırlanan və artıq çəkiyə səbəb olan fast food yeməklərindən uzaq durulmalıdır.
Bədənin karbohidrata ehtiyacı olduğundan beyin funksiyalarının səmərəli işləməsi üçün lazımdır. Bütün karbohidratlar zərərli hesab olunmur.
Faydalı karbohidratları qidalanma rasionunuza əlavə etməyi unutmayın. Bu qidalar beyinin normal fəaliyyətinə müsbət təsir edir.
Ürəyə zərərli olduğu bilinən duzlu yeməklər beyinə də zərərli hesab olunur.
Qızarmış yeməklərin isə Alzheimer, Parkinson kimi nevroloji xəstəliklərə səbəb olacağı bildirilir. İspaniyada aparılan araşdırmalar bunu deməyə əsas verir.
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 5 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri