Sonsuzluq və Siqaret

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 230
Səs ver:
(səs: 0)

Hamıya məlumdur ki, siqaretin zərərlərini saymaqla bitməz. Amma əgər mövzu uşaq sahibi olmaqdırsa, qadın da, kişi də bilməlidirlər ki, siqaret yumurtalamanı və spermanı zəiflədir və sonsuzluğa yol açır. Siqaret çəkənlərə nisbətən çəkməyənlərin valideyn olma səviyyəsi daha yüksəkdir. Bununla bərabər, siqaret çəkməyən qadınlar çəkən qadınlara nisbətən daha tez hamilə qalırlar.

Siqaretin qadınlara təsiri:

Siqaret çəkmək yumurtalama amilini zəiflədir və klimakteri (klimaks)dövrünü tezləşdirir. Tədqiqatlar nəticəsində, siqaret çəkilən evlərdə uşaq ölümünün çəkilməyən evlərə nisbətən daha çox olduğu bəlli olmuşdur. Siqaret təbii yolla hamilə qalmağa maneə olan ən birinci amillərdən biridir.

Suni mayalanma bunu göstərir ki, in vitro fertilizasiya təşəbbüsü siqaret çəkənlərdə iki qat daha çoxdur. Suni mayalanma müalicəsi əsnasında Gonodotropin istifadəsində siqaret çəkənlərdə daha yüksək dozaya ehtiyac olduğu müəyyən olunur.  Eyni zamanda, siqaret çəkənlərdə hamiləliyin ən vacib ünsürü "yumurta” daha az əldə olunur. Olunsa da keyfiyyətsiz, ostradiol səviyyəsi daha aşağı olur.

"Az çəkirəm, gündə 1-2 ədəd çəkməklə heç nə olmaz” bəhanələri ilə özünüzü aldatmayın. Əgər uşağınız olmursa, ilk əvvəl siqareti tərgitməli və siqaret çəkilən yerdə olmamalısınız. Araşdırmalar nəticəsində az çəkməyin və eləcə də, çəkilən yerlərdə olmağın gündə bir kutu qədər ziyanı olduğu məlum olmuşdur.


Siqaretin kişilərə təsiri:

Siqaret qadın üçün nə qədər zərərlidirsə, kişi üçün də bir o qədər ziyandır. Siqaret çəkən kişilərdə sperma sayı çox az olur. Eyni zamanda sperma funksiyalarında və hərəkətlərində anormallığa səbəb olur. Kişinin siqaret çəkməyi, siqaret çəkməyən xanımına da eyni dərəcədə təsir edir.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri