+++++++++++++++Ölümsüzlüyün Simvolu Şaftalı!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 720
Səs ver:
(səs: 0)
Kimi tükündən xoşlanıb yeməz, kimi mətbəxindən əskik etməz. Ancaq ləzzətli bir meyvə olan şaftalının, təbiətin bütün möcüzələri kimi saysız faydası vardır.
Şaftalının dünyaya Çindən yayıldığı düşünülür. Çin sənət sahəsində də şaftalını çoxca istifadə edər. Çömlək və farfor dekorasiyasında sıxlıqla iştirak edər. Mifologiyada ölümsüzlüyün və uzun həyatın simvolu olaraq iştirak edər.
Şaftalının tükündən xoşlanmadıqları üçün yeməyən bir çox adam üçün, nektarin deyilən tüksüz növü də çıxarılmışdır. B və C vitamini anbarı olan şaftalı, kalium baxımından da son dərəcə zəngindir. Şaftalı, albalı və ərik kimi, gülgillər ailəsindən gəlir. A vitamini, kalsium, maqnezium, natrium, dəmir və fosfor mineralları saxlayar.
Şaftalı alarkən xüsusilə xoş qoxulu olmasına diqqət yetirin. Əgər yetkin şaftalı alacaqsınızsa, tez istehlak edin. Yetkinləşməmiş şaftalıları, evdə otaq istiliyində bir kisə kağızı içində 2-3 gün gözlətsəniz, yetkinləşməsini təmin edərsiniz. Yetkinləşdiyini, toxunduğunuzda yumşaq olmasından və xoş qoxusundan anlarsınız.
1.Dərini nəmləndirər
2.Ağız qoxusunu məhv edər
3.Çiçəkləri bağırsaq soxulcanlarını salar və qəbizliyi aradan qaldırar
4.Həzmi asanlaşdırar 
5.Basil xəstəliyinə yaxşı gəlir
6.Öd kisəsi və böyrəklər üçün faydalıdır
7.Qanı zəhərlərdən təmizləyər
8.Bədənin xəstəliklərə qarşı müqavimətini artırar.
9.Sinirləri yatırar və yuxusuzluğa yaxşı gəlir


Tərcümə etdi: Günay Əliyeva

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri