Kakaonun Faydası!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 522
Səs ver:
(səs: 1)

 

Edilən araşdırmalarda; kakao və şokoladın beynin tutumunu artırdığı sübut edildi.

 

 

İtaliyada edilən bir araşdırmada kakao və şokolad xaricində; içində flavanol olan alma və çayın da zəkanı açdığı təyin olundu. L'Aquila Universitetindəki elm adamları; yüngül pozuqluğu olan və Alzheimer xəstəsi 90 adamın, səkkiz həftə boyunca orta və yüksək dozada flavanol ehtiva edən kakaolu içkilər içməsini təmin etdi. Ardından iştirakçılara vizual-şifahi zəkalarını və diqqətlərini ölçmək üçün üç ayrı test tətbiq olundu. 

 

 

Tərəf qəzetində iştirak edən xəbərə görə, təcrübə sonunda çox miqdarda flavanol ehtiva edən kakaonu istehlak edən kəslərdə, beyin funksiyasının daha ardıcıl olduğu müşahidə edildi. Edilən araşdırmalar; kakaonun quruluşunda olan və flavonol qrupundan olan epikateşin maddəsinin; qan axışını sürətləndirərək beynə daha çox oksigen getməsini təmin etdiyini göstərir. Bu maddə; kakaonun xaricində alma, şərab və çayda da var. Araşdırma nəticələrinə çatmaq üçün adamın gündə 10-20 parça şokolad istehlak etməsi lazımdır. 

 


 

Təsiri qalıcı deyil həzm etdikdə keçər 

 

 

Dos. Dr. Sərdar Dağ, "Kakao kimi içkilər, beyində xəbərdarlıqçı təsir edərək diqqətimizi cəmləməmizə köməkçi olar. Yuxunun etdiyi gicliyi yox edər amma bu qalıcı bir təsir deyil. Təsir, bu maddənin həzm edilməsi ilə itər. Müalicə etməz amma konsentrasiyasını artırar." şəklində danışdı. 

 

 

Uzm. Dr. Məmməd Yavuz isə, "Çay, qəhvə, kakao və şokolad; yaddaşı gücləndirmə, diqqət və qəbulu yüksəltmə mənasında çox güclü faydaları olan qidalardır. Kakao və şokolad; həm özünüzü yaxşı hiss etmənizi təmin edən psikoaktif maddələr saxlayar, həm də güclü antioksidan maddələr ehtiva edər. Bu vaxt nizamlı olaraq şokolad və kakao istehlak edən insanların; bir il daha çox yaşadıqları iddia edilməkdədir. Şokolad və kakao; xoşbəxtlik hormonu olan serotonini də aktivə edər. Çayınızı şəkərlə deyil, şokolad ilə içmənizi tövsiyə edərəm. Bu, beyin və bədən sağlamlığınız üçün möhtəşəm bir qarışıq olacaq. Tək mənfi nöqtə; bədənə çox kalori alınmasıdır. Şəkər və kilo problemi olanlar diqqətli olmalı." ifadələrini istifadə etdi.

Tərcümə etdi: SeSSiZ_SuNaMi



 
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri