Yumurta haqqında bilmədiklərimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 347
Səs ver:
(səs: 2)
Yumurta, qidalar içərisində ən keyfiyyətli zülalı bünyəsində saxlayan, A, D, E və B qrupu vitaminlər başda olmaq üzərə bir çox faydalı vitamin ehtiva edən əhəmiyyətli bir qida qaynağıdır. Yumurtanın saymaqla bitməyən faydaları xaricində bilmədiyimiz bir çox xüsusiyyəti daha var. İşdə bunlardan bəziləri...
Yumurta qabığında 17.000 ədəd kiçik dəlik tapılar.
Soyuducuda bir həftə gözlədilmiş yumurta, otaq istiliyində bir gün gözlədilmiş yumurtadan daha təzədir.
Yumurta uzun müddət gözlədilsə su və karbon 4 oksid itkisi səbəbiylə ağırlığı azalar. Təzə və bayat yumurtaları ağırlığından da test edə bilərsiniz.
Yumurta %10 duzlu suya (yarım litr suya 60 qr duz) atılacaq olsa təzə yumurta dibə çökərkən, bayat yumurta səthdə qalar.
Təzə yumurta qırıldığında yumurta ağı və sarısı yayılmaz və bir-birinə qarışmaz. Ayrıca yumurta sarısı yüksək görünüşdədir. Əgər yumurtanız qırdığınız anda yayılaraq sarısıyla ağı bir-birinə qarışırsa bayatlamış deməkdir və qətiliklə istehlak etməməniz lazımdır.
Yumurta, hazırlanılan yeməklərin bəsləyici dəyərini artırmada da istifadə edilə bilər. Tərəvəzlərin zülal miqdarı aşağıdır. Bu səbəblə tərəvəzlərə yumurta qırılması zülal, vitamin və mineral baxımından balanslı qarışıqların meydana gəlməsini təmin edər.
Yumurta taxıl qrupundakı qidalar ilə istehlak edildiyində (məsələn; makarona qırılsa, börəklərdə istifadə edilsə vs.) zülal keyfiyyətini artırmış olarıq.
Yumurta ağı zülallarının forma meydana gətirici və bu yolla qabarmağı təmin edici xüsusiyyəti vardır. Bu səbəblə keks hazırlamada təbii qabartıçı olaraq seçilməkdədir.
Yumurta zülalları istilik ilə qatılaşdığı üçün südlü şirinlərdə və şorbalarda tündləşdirici və konsistensiya təmin edici olaraq rahatlıqla istifadə edilə bilər.

Tərcümə Etdi: Günay Əliyeva

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 6 347
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri