Qadınlarda özünə inam əksikliyinə qarşı nə edilməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 765
Səs ver:
(səs: 0)
Özünə inam həyatımızı hər anlamda sağlam və müvəffəqiyyətli bir şəkildə keçirmək üçün içimizdə olması lazım olan ən əhəmiyyətli ünsürlərdən biridir. Özünə inam əksikliyinin yaşandığı vəziyyətlərdə psixoloji və ruhi narahatlıqlar ailə həyatında, uşaq tərbiyəsində, ər arvad arasında, iş həyatında və həyatın digər sahələrində  çox problemin ortaya çıxmasına səbəb olur. Xüsusilə  qadınlarda özünə inam əksikliyinin çox rast gəlinməsi yaşanan bir vəziyyətdir və buna qarşı hər qadının etməsi lazım olanlar var.
Özünə inam adamın özü haqqında sahib olduğu düşüncələrin zəkası, məlumatı, qabiliyyətləri və təcrübələri ilə paralel olmasıdır . Yəni sahib olunan bu qabiliyyətlərin fərqinə varılması nəticəsində insanın edə biləcəklərinə dair dəqiq inama sahib olması, bunu gündəlik həyatında istifadə edə bilməsidir.
Özünə inam əksikliyinin yanında özünə inam balanssızlığı deyilən vəziyyət də mümkündür və bu da problemli bir həyata səbəb olar. Bəzi sahələrdə özünə çox güvənən adam, digər sahələrdə özünə inam əksikliyi sahibi ola bilər və özünə inam sahibi olduğu sahələrdə həm özünə həm də ətrafındakılara qarşı zərərli davranışlarda tapıla bilər. Bu səbəblə özünə inamın həm faydalı həm də zərərli bir faktor ola bildiyi bildirilir.
Qadınlarda özünə inam əksikliyinə qarşı edilməsi lazım olanların ən başında  gələni  həyat təcrübələrini doğru şəkildə qiymətləndirə bilmək və yaşananlardan əldə edilən müsbət nəticələr ilə mənfi nəticələri araşdıraraq gələcək üçün möhkəm bir yol xəritəsi çəkməkdən ibarətdir
Ayrıca ətrafınızdakı insanların özünə inamınızın meydana gəlməsi və inkişafı üçün əhəmiyyətli olduğunu unutmamalısınız. Davamlı olaraq sizə ayaq bağı olan, hər etdiyinizi pisləyən, sizinlə rəqabət aparan və ayağınızdan çəkmək istəyən insanlarla birlikdə olmaq yerinə hər vaxt yanınızda olduğunu hiss etdiyiniz yaxın dostlarınızla əlaqələrinizi qorumanız özünə inam əksikliyinə sahib olma riskinizi azaldacaq.
Bununla yanaşı sevdiyiniz fəaliyyətlərlə məşğul olmaq, özünüzü müvəffəqiyyətli gördüyünüz və qabiliyyətlərinizi istifadə edə biləcəyinizə inandığınız işlərlə məşğul olmaq, bu işlərin müvəffəqiyyətini və verdiyiniz əməklərin qarşılığını almaq özünə inamınızın yüksəlməsini təmin edəcək.
Son olaraq qadınların özünə inam qaynaqlarından birinin də gözəllikləri olduğunu  bilirik. Özünüzü necə görməkdən xoşlanırsınızsa başqalarının  tənqidlərinə və söz keçirmə səylərinə diqqət yetirmədən sizə ən uyğun, ən gözəl hiss etdiyiniz şəkildə geyinməniz, bəzənməniz və özünüzü sevməniz qətiliklə olması lazım olanlar arasındadır.

Tərcümə Etdi:
NİGAR_CAVAD
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 765
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri