Diyabet, obezite, infarkt kimi ciddi sağlamlıq problemlərinin başını çəkən ağ şəkər yerinə təbiətin təqdim etdiyi sağlam yeməklərlə eyni dadı, hətta daha yaxşısını tapa bilərsiniz.
Bal
Bal, ağ şəkərdən çox daha şirin və sağlam. Şirin edərkən ağ şəkər yerinə, istifadə etdiyiniz şəkərin üçdə biri qədər bal qoysanız həm daha sağlam həm də daha ləzzəttli bir şirin etmiş olarsınız. Çayınıza da şəkər yerinə bal qoymağı yoxlaya bilərsiniz.
Meyvə
Alma, çiyələk, mango, ananas kimi meyvələri şirin yerinə təqdim edə bilərsiniz. Tək etməniz lazım olan incə - incə kəsdiyiniz meyvələri zeytunyağı və su ilə bişirməkdir. Sizə səhər - axşam yeyə biləcəyiniz sağlam bir qidadır.
Xurma
Xurma quruduqca şəkər nisbəti daha da artar. Xüsusi ilə sobada bişirdiyiniz yeməklərlə daha idealdır.
Əncir
50% şəkər olan əncir, dəmir cəhətdən də çox zəngindir. Şəkər yerinə əncir istifadə etdiyiniz yeməkləriniz, daha zəngin bir dada qovuşacaq.