Ramazanda sağlamlığınızı unutmayın!

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 198
Səs ver:
(səs: 3)
İFTAR YEMƏYİNƏ ŞORBA İLƏ BAŞLAYIN

Uzun davamlı aclıq sonrasında iftarda normalda yeyilən miqdardan və müxtəliflikdən daha yeyilməməsinə diqqət ediməlidir. İftara bir dilim çörək və bir kasa şorba ilə başlanması, su içilməsi və 20 dəqiqəlik bir ara verilərək ana yeməyə başlanması təklif edilir. 

Ağırlıqlı olaraq zeytunyağlı yeməklər seçilməli, ət və toyuq isə qızartma şəklində qəbul edilməlidir. Gündəlik vitamin ehtiyacı üçün bol yaşıl yarpaqlı tərəvəz yeyilməsi əhəmiyyətlidir. Şirin olaraq şərbətli və həzmi çətin şirinlər yerinə az şəkərli sütlü şirinlər seçilməli, meyvələr yeməkdən ən az 1 -2 saat sonra qəbul edilməlidir. Gündəlik maye qəbulu istilərdə daha da əhəmiyyətlidir. İftarla sahur arasında ən az 2-2.5 litr su iqəbuluna diqqət göstərilməlidir.

AĞIR MƏŞQ YERİNƏ YERİ

Oruc tutan kəslər, əgər bir zərurət yox isə, çox isti havalarda çölə çıxmamağa diqqət göstərməlidirlər. Əgər çölə çıxılacaqsa səhər erkən ya da axşamüstü saatlar seçilməlidir. Açıq havada işləyən oruclu kəslərin doğrudan günəş işığından qaçmaları, xüsusilə bol və açıq rəng geyimlər seçmələri təklif edilər. Yeməkdən sonra ağır məşqdən qaçması bunun yerinə yeməkdən 1 saat sonra 30 dəqiqəlik yeriş edilməsi uyğundur.

XRONİKİ BİR XƏSTƏLİYİNİZ VARSA...

Müəyyən bir yaş qrupunun oruc tutmadan əvvəl sağlamlıq yoxlanışından keçərək təzyiq, qan şəkəri, böyrək, ürək və qaraciyər funksiyaları haqqında məlumat əldə etmələri lazımdır. Ayrıca bu cür xroniki narahatlığı olan xəstələrin həkimə məsləhətləşmədən oruc tutmaları təklif edilməməkdədir.

• Diyabeti olanlar: Şəkər xəstələrinin 3 ana və 3 ara yemək olaraq qidalanması lazımdır. Halbuki şəkər xəstəsi olanlar oruc tutarkən, müalicədə olması lazım olanın əksinə axşama qədər ac qalarlar və şəkərləri düşər. İftarda isə şəkərləri birdən yüksələr. Xüsusilə insilin istifadə edən şəkər xəstələrinin, həkimlərinə məsləhətləşmədən oruc tutmaması lazımdır.

• Ürək xəstəliyi olanlar: Ramazan ayında bədənin dəyişən nizama uyğunlaşma təmin etməsi, bəzən üç həftəni tapa bilməkdədir. Bu vəziyyət xüsusilə ürək xəstələrinin müalicəsində bəzi çətinliklərə gətirib çıxararaq, dərman qəbulu saatlarının yenidən təşkil edilməsini tələb etməkdədir.

• Mədəsində narahatlığı olanlar: Mədə problemindən şikayətlənənlərin, turşu çoxluğu kimi şikayəti olanların turşu azaldıcı dərmanlarını sahurdan əvvəl alması gün içində şikayətlərini azaldar. Ancaq daha əvvəl mədə xorası ya da qanaması olanların həkimləriylə görüşməsi, lazım olsa oruc tutmamaları təklif edilər. Uzun müddət ac qaldıqdan sonra iftarda normalda yenilən miqdardan və müxtəliflikdən daha çoxunu qəbul etməməyə diqqət yetirilməlidir."

/Mənbə:Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 4 198
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri