Birləşincə sağlamlıq bəxş edən qidalar

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4 147
Səs ver:
(səs: 3)
Yaşıl çay + limon = Daha sağlam bir ürək!

Güclü antioksidan təsiriylə yaşıl çayın infakt riskini azaltdığını bilirik. Edilən araşdırmalar bədənimizə bu faydalı tərkiblərin yalnız 20% nin təsir etdiyini göstərir.

Ancaq bir yaxşı xəbərimiz var; elm adamları yaşıl çaya limon suyu əlavə olunduğunda təsirinin 80% qədər çıxa bildiyini söyləyir.

 


Təmiz zeytunyağ + pomidor = Xəstəliklərə qarşı müqavimət!

Bədənin müqavimətini salan və xəstəliklərə qapı açan sərbəst radikallara qarşı döyüşən beta karoten, E vitamini və C vitamini saxlayan antioksidan anbarı yeməklərdən maksimum faydanı təmin edə bilmək üçün saf zeytunyağının yoldaşlığına ehtiyacımız var.

 


Noxud + Qırmızı bibər = Qansızlığa tədbir!

Noxud, qansızlığa qarşı bədənin ehtiyac duyduğu dəmir baxımından olduqca zəngin. Ancaq, bədən noxuddakı dəmirin əmilməsində çətinlik çəkə dilir. Bir C vitamini anbarı olan qırmızı bibər isə noxuddakı dəmirin həll edilərək qan hüceyrələrinə işləməsini təmin edir.

 


Bal + Darçın = Qüvvətli immunitet sistemi!

Hər gün istifadə edilən bal və darçın, immunitet sistemini qüvvətləndirər. Bədəni bakteriya və virus hücumlarına qarşı qoruyar. Araşdırmaçılara görə bal, bir çox vitamin və bol miqdarda dəmir ehtiva edir.

 


Yumurta + mango= Möhkəm bir dəri!

Dərinin möhkəm və sağlam görünməsi üçün koljen çıxarması lazımdır. Yumurtanın ehtiva etdiyi xüsusi amin turşuları kolejen istehsalına köməkçi olar. Mango kimi C vitamini baxımından zəngin yeməklər bu amin turşularının təsirini artırar. 

 


Brokoli + pomidor = Xərçəngə qarşı döyüş!

Brokoli və pomidor, hər ikisi də xərçənglə döyüşən ulduz yeməklər. Araşdırmalar göstərir ki, bu iki yeməyin birlikdə yeyilməsi prostat xərçənginin böyüməsini yavaşlatmaqda ayrı-ayrı yeyilməsindən daha təsirli olur.

/Mənbə: Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 4 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri