Diyetoloq Leyla: “Qurban bayramında sağlam qidalanmaq"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 325
Səs ver:
(səs: 5)

Bu gün bütün müsəlman aləmi müqəddəs Qurban bayramını qeyd edir.


Qadinlar.Biz sayti gun.az-a istinadənxəbər verir ki, dünyanın bütün müsəlmanları ilə yanaşı, azərbaycanlılar da bu gün qurban kəsib, süfrə açacaqlar.

Heç kimə sirr deyil ki, bu günlərdə hazırlanan ləziz xörəklər normalda qəbul edilən qidalardan miqdar və kaloriliyinə görə kəskin fərqlənir.

Qırmızı ətdən hazırlanan müxtəlif növ kabablar, qızartmalar, dolma və plovlar, üstəlik, ziyafət məclisləri, qonaqlıq süfrələri müasir insan üçün həyati təhlükə yarada bilər. Xüsusilə, ürək, qan-damar sistemində problemi olan və yüksək təzyiqdən əziyyət çəkən insanlar bayram günlərini səhhətlərində yaranan nasazlıqdan dolayı yarımçıq qoymamaq üçün qidalanmalarına fikir verməlidirlər.

Bəs yaxşı, görəsən, bayram günlərində artıq çəki almamaq və ya xəstələnməmək üçün nə etmək lazımdır? Bununla bağlı diyetoloq Leyla Zülfüqarova danışır:

"Qurban bayramı xalqımızın sevdiyi ən müqəddəs bayramlardan biridir. Amma bayram günlərində həddindən ziyadə ətli qida qəbulu ziyandır. Ürək, qan-damar sistemində problemi olanlar, hipertoniya (arterial təzyiq yüksəkliyi-L.Z), şəkərli diabet, piylənmədən əziyyət çəkən insanlar bu bayramda bəslənmə proqramlarına fikir verməlidirlər.

Qurban bayramında hazırlanacaq xörəklərdə yağsız və ya az yağlı ətlər seçilməlidir

L.Zülfüqarova deyir ki, insanlar adi günlərdə də qidalarında qırmızı ətin istifadəsinə diqqət etməlidirlər:

"Onu da deyim ki, nəinki bayram günlərində, hətta adi vaxtlarda belə insanlar əksər hallarda qidalanmalarına diqqət etmirlər. Nəticədə isə sonradan belə insanların artıq kilo problemi yaranır. Həmçinin piylənmə dərəcəsi riskli qrupa daxil olan adamların bayramdan sonra real piylənmə xəstəsi kimi ciddi müalicə alması lazım gəlir. Yağlı ətlərin doymuş yağ turşularından ibarət olması və pis xolestrini qanda artırmasını bilib, qovurma, qızartma (qoyun ətindən bişmiş yeməkləri-L.Z) çox yeməməliyik. Bu cür yeməklər ürək, qan-damar xəstələri, şəkər, təzyiqi yüksək olan insanlarda xüsusilə məhdudlaşdırılmalıdır. Bu səbəbdən də bayramda yağsız və ya az yağlı ətlər seçilməlidir”.

Qurban ətini necə bişirməli?

Diyetoloq bayram günlərində bişirilən yeməklərin yağlılığını azaltmağı məsləhət görür:

"Əgər ətdən mütləq qovurma bişiriləcəksə, xörəyin içərisinə kərə yağı və ya quyruq piyi qoyulmadan öz suyunda, vam odda hazırlansın”.

Bayram günü qonaq gedəndə nələri yeməməli?

L.Zülfüqarova Qurban bayramı zamanı həmçinin şirniyyat yeməyin də zərərindən danışıb:

"Bayram günlərində qonaq getdiyiniz zaman yeməkdən sonra açılan çay süfrəsində olan şirniyyatların dadına baxmağa tələsməyin. Ya da aralarında ən yüngül olanını seçib yeyin. Onu da vurğulayım ki, bayram günlərində qara çaydan daha çox istifadə olunur. Çay adətən, şirniyyat və şokoladlarla qəbul edilir. Bu da yağlı və kalorili qidalardan sonra mədənin işini daha da çətinləşdirir. Şirniyyat, şokoladla içilən çay mədə problemləri ilə yanaşı, yuxusuzluq və ürəyin ritm pozuntusuna səbəb ola bilər. Ona görə də, qəbul etdiyiniz kalorili bayram yeməklərindən sonra qara çay əvəzinə, yaşıl və ya bitki çayları için.

İnsanlar fərdi pəhriz proqramını bayram günlərinə görə dəyişməməlidir

L.Zülfüqarova onu da vurğulayır ki, adi günlərdə fərdi pəhriz saxlayan insanlar bayram günündən dolayı qida rejimlərini pozmamalıdır:

"İnsanlar fərdi pəhriz proqramını bayram günlərinə görə dəyişməməlidir. Bu günlər də digər günlər kimi yemək paylarını 3 dəfəyə bölərək yüksək kaloridən qaçmaq lazımdır. Bunun üçün 3 dəfə əsas yemək vaxtı paylarını azaldıb, digər 2 dəfə ara yeməklərdən istifadə etmək gərəkdir. Ayran, qatıq, pendir kimi süd məhsullarından çox istifadə etmək lazımdır. Əgər ara və əsas qida qəbulu zamanı kalorili ət yeməkləri qəbul olunacaqsa, bu zaman kifayət qədər göyərtilər, ədviyyatlardan istifadə olunmalıdır”.

Bayram gününün menyusu necə olmalıdır?

L.Zülfüqarova Qurban bayramı günlərində aşağıdakı kimi qidalanmağı məsləhət görür:

"Bayram gününün səhəri yüngül qəlyanaltı ilə başlamaq lazımdır.

İkinci səhər yeməyi və ya ara yeməyində hər hansı meyvə və ya 1 stəkan qatıq, ya da ayran içmək lazımdır.

Günorta yeməyinə isə seçdiyiniz ən kalorili xörəyi qəbul edə bilərsiniz.

İkinci nahar və ya ara yeməyinə isə tərəvəzlərdən ibarət salat yesəniz, sağlamlığınızı qorumuş olarsınız.

Şam yeməyinə gəlincə, ətli, yağlı yeməkləri seçməməyi tövsiyə edirəm”.

Aytən Həsənova
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 3 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri