İmmunitetinizi bu qidalarla gücləndirin

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 5 588
Səs ver:
(səs: 2)
Qış aylarına girərkən immunitet sistemini gücləndirəcək bir qidalanma proqramı tətbiq olunmalıdır. İnfeksiyalara tutulmamaq üçün vitamin və mineral cəhətdən zəngin qidalanmaq lazımdır. Xüsusilə A, C, B6, E vitamini və sink, selenyum minerallarından zəngin olan qış tərəvəzlərindən brokoli, kələm, brüksel kələmi,  gül kələm, kök, kahı, yaşıl bibər, sarımsaq, soğan və meyvələrdən portağal, naringi, , kivi, almadan bir və ya bir neçəsi gündəlik qidalanmada iştirak etməlidir.
 
Qış mövsümündə qəbul edilən imtina edilməz yeməklərin başında quru paxlalılar gəlir. Xüsusilə quru paxla noxud, yaşıl mərcimək kimi quru paxlalılar yaxşı bir zülal qaynağıdır.
 
Qış fəslində qidalanma vərdişində meydana gələn dəyişikliklərdən biri də daha yağlı yeməklərin qəbul edilməsidir. Xüsusilə kərəyağı və marqarinləri qəbul etməkdən qaçmalı, yeməklərə əlavə olunacaq zeytun yağı və digər maye yağlasa idarəli qəbul edilməlidir.
 
İmmunitet sisteminin zəifləməsinin ən əhəmiyyətli səbəblərindən biri pis qidalanmaq və hərəkətsiz bir həyat sürməkdir. ‘'Fast food'' növü yeməklər bədəndə vitamin və mineral baxımından əskikliklərə, günəşsiz və bağlı mühitlərdə uzun müddət işləmək  bedensel hərəkətlərin azalmasına gətirib çıxarmaqdadır. Bu səbəblərdən immunitet sisteminin zəifləməsi infeksiya xəstəlikləri başda olmaq üzrə, təzyiq, köklük, şəkər və ürək kimi maddələr mübadiləsi xəstəliklərinin daha sıx görülməsinə gətirib çıxarmaqdadır.
 
Süd, qatıq, ayran, kefir kimi heyvansal qidalar bədən müqavimətini artıraraq yorğunluğu azaldar.
 
Bədən müqavimətini artırmaq üçün mövsümündə bol təzə meyvə qəbulu çox əhəmiyyətlidir.
 
Həftədə ən az üç gün balıq yemək, qidalanmada quru paxlalılara ağırlıq vermək, mövsüm tərəvəzləri yemək, süd ayran, qatıq, kefir kimi heyvansal qidaları qəbul etmək immunitet sistemini gücləndirmədə əhəmiyyətli bir yoldur. Günəşli günlərdə açıq havada gəzmək və həftədə minimum 3 gün 40 dəqiqədən başlayan məşqlər etmək, gümrah hiss etməyi təmin edər.
 
Güclü bir immunitet sistemi üçün antioksidan tutumu yüksək qidalar qəbul edin.
 
Antioksidan tutumları yüksək yeməklər immunitet sistemini gücləndirər. Bu yeməklərin ana xüsusiyyəti bədəni yeniləyici və təmir edici gücə sahib olmalarıdır. Semizotu, sitrus bitkiləri, qoz, ispanaq, badam, nar, enginar, brokoli, kök, kivi, balıq, ananas, quru paxlalılar, quşburnu, zeytun, zeytun yağı, yulaf kəpəyi və qatıq kimi qidalar immunitet sistemini qüvvətləndirər. Naharlarda bu yeməklərə tez-tez yer verilsə xəstəliklərə qarşı bədən müqaviməti artar.
 
Xüsusilə yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, semizotu, pazı, şüyüd, nanə, kahı ) ehtiva etdikləri A, C və E vitaminləri, folik turşu və Omeqa 3 sayəsində qüvvətli antioksidan xüsusiyyət göstərərlər. Omeqa 3 nisbətini artıra bilmək üçün həftədə 3 gün balıq qəbul edilməli, salatlara 1 şirin qaşığı kətan toxumu əlavə olunula bilər. Güclü bir Omeqa 3 qaynağı olan qoz qəbul  etməkdə bədənə antioksidan baxımından dəstək olar.
 
/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri