Vitaminlər haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 10 701
Səs ver:
(səs: 3)
Vitaminlər orqanizmin sağlamlığı üçün hava qədər vacibdir. Onların çatışmazlığı qısa müddətdə insanın orqanizmində xəstəlik şəklində üzə çıxır. Qida məhsullarının tərkibində mövcud olan hər bir vitamin orqanizmə özünəməxsus tərzdə təsir edir.

A vitamini
orqanizmin ümumi fəaliyyətinə təsir edir, infeksion xəstəliklərə qarşı mübarizəni gücləndirir, görmə orqanının fəaliyyətinə kömək edir. Bu vitaminə süd, pendir, yağ, kəsmik, yumurta və qara ciyərdə rast gəlinir. Yerkökü, göy soğan, kahı, pomidor və əriyin tərkibinə olan keratin maddəsi orqanizmdə A vitamininə çevrilir. A vitamininin gündəlik miqdarı 1 milliqram olmalıdır.

B1 vitamini dözümlülüyü və iştahanı yüksəldir, sinir sisteminə yaxşı təsir edir, soyuğa davamlılığı artırır. Bu maddəyə ən çox taxılların üz pərdəsində rast gəlinir. Sözü gedən vitaminin çatışmazlığı zamanı iri döyülmüş undan hazırlanan çörək yemək məsləhət görülür. B1 paxlalılarda, qaraciyərdə, mayada da olur. Yetkin insanın gündəlik qidasında B1 vitamininin miqdarı 2 milliqram nəzərdə tutulur.

B12 viatmini gözlərin və dərinin sağlamlığı üçün vacibdir. Onun mövcudluğu qidanın orqanizm tərəfindən yaxşı həzm olunması üçün də lazımdır. Bu vitamin süddə, ət məhsullarında (qaraciyər, ürək və böyrəkdə), kələmdə, yumurtada, mayada və kahıda olur. Sutka ərzində 2 milliqram B12 vitamini qəbul etmək lazımdır.

C vitamini orqanizmin infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır, skorbutdan (diş ətinin xəstəliyi) müdafiə edir. Bu vitaminə ən çox meyvə, tərəvəz və giləmeyvələrdə - kələm, kartof, pomidor, soğan, qırmızı bibər, kahı, alma, qara qarağat, itburnu, limon, portağal və başqalarında rast gəlinir. C vitamininin gündəlik norması 50 milliqramdır.

D vitamini kalsium və fosforun sümüklərdə toplanması prosesini təmin edir. Bu maddə ən çox körpə uşaqlara lazımdır. Onun çatışmamazlığı körpələrdə raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. D vitamininə yumurta sarısı, kərə yağı və balıq yağında rast gəlinir.

P vitamini kapilyarların divarlarını möhkəmləndirir. O, limon, portağal, qırmızı bibər, itburnu, çay yarpaqları və üzümdə mövcuddur.

PP orqanizmi sinir sistemi xəstəliklərindən qoruyan vitamindir. Ona daha çox süddə, qaraciyərdə, böyrəkdə, göbələkdə, mayada, yer fındığında rast gəlinir. Vitaminin gündəlik qəbul miqdarı 15 milliqramdır. Gərgin əməyin kəskin artması zamanı, hamiləlik dövründə və uşağa süd verərkən orqanizmin vitaminlərə tələbatı yüksəlir. Uşaqların inkişafı dövründə də vitaminlərin gündəlik norması artırılmalıdır. Yuxarıda sadalanan vacib maddələr orqanizmdə parçalanaraq kaloriyə çevrilir. Məsələn 1 qram zülalın parçalanmasından 4,1 kalori, 1 qram yağın parçalanmasından isə 9,3 kalori ayrılır.

Hər bir insan üçün lazım olan gündəlik kalorinin miqdarı orqanizmin "daşıdığı yükdən" asılıdır. Əqli işlə məşğul olan insanlara gündə 3000, mexaniki fiziki işlə məşğul olanlara 3500, ağır fiziki əməklə məşğul olanlara 5000, idmançılara isə 6500-7000 kalori lazımdır. Ailə üçün nəzərdə tutulan menyuda bu maddələrin hər birinin zəruri miqdarda olmasına diqqət yetirmək lazımdır. Kənardan çətin görünən bu iş əslində çox asandır. İstifadə etdiyimiz bütün qablaşdırılmış məhsulların üzərində onların kalori dəyəri və tərkibi qeyd olunur. Açıq şəkildə aldığımız məhsulları isə xörəyə vitamin tərkibinə əsasən daxil etmək olar. Əvvəllər bir az vaxtınızı alacaq bu iş, tezliklə adət halına keçəcək və siz məhsulların üzərinə baxmadan belə onların qidalılıq dəyərini biləcəksiniz.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 10 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri