Çiy qidalanma nə dərəcədə sağlamdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 281
Səs ver:
(səs: 0)
Yeməkləri bişirmək qida məzmunlarına zərər verər? Çiy yemək daha doğrudur? İntegratif Qidalanma Mütəxəssisi Burcu Aydın, bu suallara cavab verir.

Yay gəldi və kilo dərdi olanlar təsirli bir pəhriz axtarışına girdi. Yeni moda pəhrizlərifərdi quruluşumuza, maddələr mübadiləmizə uyğunmu, sağlammı deyə sorğulamadan tətbiq edənlərimiz var. Amma unutmamamız lazım olan bir şey var ki hər birimiz bir-birimizdən fərqliyik və eynilə xarakterlərimizdə olduğu kimi qidalanmamız da bizə xüsusi olmalıdır. Yediklərimiz özümüzə, ruhumuza, bədənimizə və sağlamlığımıza müsbət təsir etməlidir.
Bu günlərdə qarşılaşdığım çox insanın mənə sualı çiy qidalanma üzərinə olur.
Çiy qidalanma ən çox müdafiə olunan şey, bişirmənin əhəmiyyətli qida fermentlərini öldürdüyüdür. Əslinə baxacaq olsanız, bu fermentlər insanların qidalanmasında heç bir rol oynamamaqdadır. Çünki onsuz da mədə turşusu eynilə bişirmə əməliyyatında olduğu kimi bu fermentləri öldürər.
Bununla yanaşı tərəvəz və meyvələrdəki bəzi mineral və vitaminlərin çiy qəbul edildiyi zaman biyo-yararlanmalar (bədən tərəfindən faydalanlar) azalır. Məsələn, çiy pomidor yerinə bişmiş pomidordan daha çox likopen alarsınız. Və ya bişmiş kökdəki karotenin bədəndəki faydalanımı çiy halına görə çox daha çoxdur.

Yalnız çiy mətbəxlə qidalanmanın digər bir mənfi cəhəti isə, bəzi tərəvəz-meyvə köklərində, toxumlarda, nüvələrdə və yarpaqlarda olan təbii toksinlərdir. Bu təbii toksinlərdən qidaları suda bişirərək xilas ola bilərsiniz. Məsələn bəzi göbələk növləri və ya kərəvizdə olduğu kimi.

Bu məlumatlarla yanaşı işə bir də öz damaq dadımdan baxacaq olsam, qidalarımın faydalılığının ən çox olduğu şəkildə, amma ən əhəmiyyətlisi ləzzətli bir şəkildə olmasına diqqət göstərməyi sevirəm. Belə öyrəndim, bu səbəblə belə də etmənizi təklif edirəm. Bir nümunə verəcək olsam; brokolini çiy və ya tam tərsi içindəki qidalara zərər verəcək qədər həddindən artıq bişmiş yemənizi təklif etmirəm. Az bişmiş (gözəl yaşıl rəngi itmədən), damaq dadına görə ədviyyatlandırıb, ləzzətləndirilmiş olaraq yemənizi təklif edirəm.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 281
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri