Dərdini deməyən qidasını tapa bilməz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 164
Səs ver:
(səs: 0)
Baş ağırısı, yüksək təzyiq, mədə turşuması və daha bir çox problemin öhdəsindən qidanlarla gələcəyinizi bilirsini? Diyetoloq Serkan Tutar, xəstəliklərə yaxşı təsir edən qidanları açıqladı.

Yüksək təzyiqə yaxşı təsir edən qidalar
Yüksək təzyiqin təməl səbəbi qan təzyiqinin səviyyəsinin yüksəlməsidir. Potasyum məzmunu yüksək olan gül qurusu, quru əncir, kartof, pomidor, banan kimi qidanları kafi miqdarda qəbul etsəniz bu problemin öhdəsindən gələ bilərsiniz. Süd, kalsium məzmununun yüksək olması ilə yanaşı potasyum baxımından da zəngindir. Yüksək təzyiq problemi olan insanların gündə bir çay qaşığı duzdan (2 qram) daha çox qəbul etməməsi lazımdır. Gündə 2 boşqab meyvə yeyilməsi ilə yanaşı bir ana payınızın tərəvəz olmasına diqqət yetirməlisiniz.


Xolesterola yaxşı təsir edən qidalar
Xolesterol yüksəkliyi hər yaşda yaşana biləcək bir çətinlikdir. Buna görə hər vaxt bu problemə diqqət yetirməlisiniz. Xüsusilə xolesterolun yüksəlməsinə səbəb ola bilən qatı yağlar, yağda qızardılmış ətlər, kremli məhsullar, yağlı süd məhsullarından uzaq dayanmanız lazımdır. Tərəvəz və meyvələri, noxud, paxla kimi quru paxlalıları istifadə edə bilərsiniz. Lif məzmunu olan çörəklərin qidalnma proqramınızda olması xolesterol tarazlığı üçün əhəmiyyətlidir.



Depresiyaya yaxşı təsir edən qidalar
Depresiyanın maneə törədilməsi üçün maqnezium, B qrupu vitaminləri, D vitamini, folat və C vitamini alışı dəstəklənməlidir. Maqneziumun ən yaxşı qaynaqları, yağlı toxumlar, quru paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər, şokolad və kakaodur. B qrupu vitaminlərin təməl qaynaqları çörək, yağlı toxumlar, quru paxlalılar və tam taxıl dənələridir. B qrupu vitaminləri ehtiva edən hayvan qaynaqlı qidalar isə toyuq, balıq və yumurta sarısıdır. Eyni zamanda heyvan qaynaqların hamısında olan  B12 vitaminin qidalanma proqramında olması əhəmiyyətlidir.


Baş ağrısına yaxşı təsir edən qidalar
Gün içərisində yaşanan problemlər və stres baş ağrısını yaradar. Bu vəziyyətin öhdəsindən doğru qidalanmaqla gələ bilərsiniz. Banan, çiyələk, qovun kimi bəzi meyvələr ilə müəyyən sıxlıqlarda istifadə edə biləcəyiniz şəkərli qidalar (şirniyyat, şokolad vs.) seratonin sekresiyalanmasını təmin edəcək və gün içərisində yaşadığınız baş ağrıları azalacaq.


Qəbizliyə yaxşı təsir edən qidalar
Nizamsız yemək saatları, sürətli yeyilən qidanların qidalanma proqramlarında tez-tez iştirak etməsi, aşağı lifli qidalar, kifayət qədər su içməmə və hərəkətsizlik birbaşa bağırsaq hərəkətlərinizin tənbəlləşməsinə səbəb olar. Lif məzmunu yüksək olan tərəvəz və meyvə qəbulunun artırılması, gündə 2-2,5 litr su içilməsi və məşq edilməsi lazımdır. Xüsusilə gül qurusu, quru əncir, quru ərik və xurma kimi bağırsaq sürətləndirici qidanları ara paylarda daha çox seçim edə bilərsiniz. Eyni zamanda ağ çörək yerinə tam buğda və ya çovdar çörəyi kimi bağırsaq sürətləndirici qidaları seçməniz çətinliklərinizi azaldacaq.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 164
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri