Qidalanmada doğru bilib yalnış etdiyimiz səhvlər

Müəllif: Zeynuş
Şərhlər: 7
Baxılıb: 8 032
Səs ver:
(səs: 0)
Balıq qatıqla yeyilir.
Xalq arasında deyirlər ki, balıq qatıqla birgə yeyilməz. Halbuki bu, səhvdir. Balıqla qatığı eyni vaxtda yeməkdə heç bir qorxu yoxdur. Zəhərlənmələr qatıqdan qaynaqlanmır, balığın içində olan ‘hissdəmin' zülalı qatıqda da vardır. Onlar ikisi birlikdə yeyildikdə bədəndəki "hissdəmin" nisbəti artar və bədəndə allergik qızarmalar və qaşıntılar görülə bilər. Əgər balığınızın və qatığınızın təzəliyinə əminsinizsə, ürəyiniz istədiyiniz qədər yeyə bilərsiniz.

Bəhməzə qatıq və ya süd əlavə olunur.
Analarımız faydalı olduğunu düşünərək, uşaqlıq dövrlərində övladlarına daha çox bəhməz yedirirlər. Onlar hətta bəhməzin içinə ya süd, ya da qatıq əlavə edirlər ki, daha da vitaminli olsun. Məlumdur ki, C vitamini dəmirin bədənə daha faydalı olmasını təmin edir. Amma südün içində olan kalsium bəhməzdə olan dəmirin təsirini azaldır. C vitamini ilə əlaqədə isə dəmirin təsiri artır. Bəhməz süd ya da qatıq əvəzinə portağal suyu ilə qarışdırılıb qəbul ediləndə daha faydalı olur.

Ətli yeməklərlə ayran içilir.
Ətli yeməklərlə çox vaxt ayran içilir. Həm faydalı, həm də ləzzətli olduğundan ayrana üstünlük verilir. Ancaq bir az əvvəl qeyd etmişdik ki, ayran və qatığı birlikdə qəbul etməməliyik. Çünki ayrandakı kalsium ətdə olan dəmirin təsirini azaldır. Amma ət yeməklərini C vitaminli qidalarla qəbul etsəniz, təsiri artacaq. Məsələn, ayran yerinə bol cəfəri, bibər və limon olan mükəmməl bir salat ilə birlikdə qəbul etsəniz, həm ləzzətli olacaq, həm də orqanizm üçün faydalı olacaqdır...

İspanaqla qatıq yeyilir.
İspanağın içində də dəmir olduğundan qatıqla yeyilməməlidir. Bu, yalnız ispanağa aid deyil, ümumiyyətlə, içində dəmir vitamini olan qidaları qatıq ilə yeyilməməlidir. Bununlai yediyiniz yeməyin içindəki bütün vitamini yox etmiş olursunuz.

Yemək yeyərkən su içilmir.
Xalq arasında yemək yeyərkən su içməmək kimi bir düşüncə vardır, guya çəki artımına səbəb olur. Bu yanlış fikirdir. Doğrudur, yemək yeyərkən su içmək iştahı azaldır, amma biz nə qədər su istəsək də, yemək anında su içmir, bunu yeməkdən sonraya saxlayırıq. Yalnız həzm problemi olanlar yemək anında su içməməlidir.

Limonlu və sirkəli suyun zəiflədici təsiri yoxdur.
Çəki problemi olan şəxslər üşün limonlu su və sirkəli suyun zəiflədici təsiri haqqında deyilənləri ciddi qəbul etməyin, doğru fikir deyildir. Fəqət, mədənizdə, ya da həzm sisteminizdə narahatlıq varsa, bu qarışığın sizə zərəri olacaqdır.

Zeytunyağı qatı yağlar kimi kilo artımına səbəb olur.
Zeytunyağının ürək və damar sağlamlığına olduqca faydalı olması bir həqiqətdir. Amma çəkiartırma baxımından digər yağlardan heç bir fərqi yoxdur. Zeytunyağı və digər bütün yağların 1 qramında 9 kalori var, yəni yalnız çox qəbul edildiyi zaman çəki artımına səbəb olur.

Bal isti süd ilə qarışdırılır.
Bədənimizdə yüngül yorğunluq hiss etdikdə, ya da xəstə olacağımızı hiss etdiyimiz anda ağılımıza ilk gələn vasitə ballı isti süd olur. İsti -isti içib, içimizi istilədəcəyini, boğazımıza yaxşı təsir edəcəyini düşünürük. Əslində, bilmədiyimiz çox böyük bir məsələ var. Balda zülal, mineral və fermentlər var və bunlar 43 dərəcədən çox bir istiliyə məruz qaldıqda bütün vitamin dəyərini itirir. İsti içkilərin içinə qatdığımız bu qidalar vitaminlərini itirdiyinə görə, yalnız və yalnız dadlandırıcı xüsusiyyətini saxlayır. Bu səbəbdən balı isti yox, ilıq mayelər ilə qəbul etmək lazımdır.

Kəpək çörəyi çəkini artırır.

Ən çox edilən səhvlərdən biri də ağ çörəyə nisbətən kəpək çörəynə görə daha üstünlük verilməsidir. Belə düşünənlər elə bilirlər ki, kəpək çörəyi azkalorilidir, çəki artımına səbəb olmur. Unudulmamalıdır ki, aralarında kalori fərqi elə də böyük deyildir, çox istehlak edildikdə o da cəki artımına səbəb olur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 8 032
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri