Hamilələrin qidalanma rejimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 445
Səs ver:
(səs: 0)
Hər bir hamilə qadın – gələcək ana hamiləlik dövründə düzgün qidalanmanın bətnindəki dölün inkişafı, böyüməsi üçün nə qədər əhəmiyyətli və vacib olduğunu çox yaxşı bilir. Qeyri-düzgün qidalanma hamilə qadının orqanizmində ciddi bir dəyişikliklər yaratmasa da, döl üçün olduqca təhlükəlidir. Əgər siz də gələcək körpənizin sağlam olmasını istəyirsinizsə, onun qeydinə qalırsınızsa, bu haqda oxumağa dəyər.

Gəlin, razılaşaq ki, bizim gündəlik qidalanmamız kifayət qədər monotondur. Lakin burada bir şeyi də nəzərə almaq lazımdır ki, hər zaman hamilə qadınlara qida rasionlarına tam riayət etmələri həmişə mümkün olmur. Məsələn, bizim ulu nənələrimiz hamilə olduqları zaman heç də qida rasionlarına ciddi riayət etmədən istədiklərini yeyiblər və dünyaya gətirdikləri uşaqlar da kifayət qədər sağlam və normal olub. Onda belə bir sula ortaya çıxır – bəs bu qədər əziyyət çəkməyə, özünü məcbur edib tam dəyərli qidalanmağa riayət etməyə nə ehtiyac var? Sadəcə bunun üçün bir neçə arqument göstərək:

Müasir dövrdə aldığınız və yediyiniz qidaları ulu nənələrimizin dövründəki qidalarla müqayisə edin.

Təbiət hər zaman çalışıb ki, döl istənilən şəraitdə bütün vacib maddələrlə təmin edilsin. Bəs bu maddələri döl hardan əldə edib? Təbii ki, böyük kompensator imkanlara malik anadan. Əgər ana da vaxtlı-vaxtında öz orqanizminin "ehtiyat anbarlarını doldurmasa”, onda bu onda yorğunluq, baş ağrıları, baş gicəllənmə, təngnəfəslik, iştaha pozğunluğuna, toksikozlara və s. bu kimi halların yaranmasına səbəb olacaq.

QEYD : Və nəhayət, əsas məsələ, əgər hamilə qadının öz qidalanması olduqca kasad olarsa, burada hansı sağlamlıqdan və ya sağlam döldən söhbət gedə bilər.

İndi isə həkim məsləhətlərinə baxaq:
1. İki nəfərin yerinə yeməyin.
2. Qidalanma vərdişlərini qəfildən dəyişməyin.
3. Tanışların, rəfiqələrin çoxsaylı məsləhətlərinə əməl etməyə ehtiyac yoxdur.
4. Könlünüz çəkən qidanı istəməyə utanmayın, bu hətta tabaşir, gil, gips kimi qeyri-ənənəvi qida olsa belə.
5. Rasionunuzda bütün növ qidaların və balanslaşdırılmış olmasına diqqət yetirin.
6. Hər qəbul etdiyiniz tikəni 30-50 dəfə çeynəməyə çalışın.
7. Müntəzəm olaraq bağırsağınızın boş olmasına nəzarət edin.
 
 
Hamilələrin qidalanma rejimi:
Hamiləliyin birinci yarısında günə 4 dəfəlik qidalanma nəzərdə tutulur. Səhər yeməyi – 30%, ikinci səhər yeməyi və ya qəlyanaltı – 15%, nahar – 35%, şam – 20% olmalıdır...
Hamiləliyin ikinci yarısında dölün çox sıxılmaması üçün yaxşı olar ki, günə 5-6 dəfəlik az porsiyalarla qidalanmağa keçilsin. Zülalla zəngin olan qidalar səhər və günorta, süd məhsulları və tərəvəzli qidalar isə şam yeməklərində yeyilməlidir.
Sellüloz.. Hamiləlik zamanı daha çox rast gəlinən qəbizliyin qarşısını alır. Sellüloz mənbəyi meyvə, tərəvəz və müxtəlif yarmalar hesab edilir. Daha yaxşı olar ki, yarmalardan çox meyvə və tərəvəzlərə üstünlük verilsin, çünki yarmalar digər qidalı maddələrin həzm olunmasına mane olur.

Fol turşusu.
Hamiləliyin ilk həftəsində dölün mərkəzi sinir sisteminin formalaşmasında əvəzedilməzdir. Fol turşusunun mənbəyi təzə göyərti və tərəvəzlər hesab edilir.
Dəmir. Ananın orqanizmində yaranan qan dəmirlə zəngin olmalıdır. Düzdü, heyvan qaraciyəri dəmir mənbəyi kimi əvəzedilməzdir. Lakin tərkibində A vitamini həddən artıq olduğuna görə hamiləlik zamanı istifadəsi məsləhətli deyil.

Duz. Çox duzlu yemək vərdişindən bu dönəmdə əl çəkməli olacaqsınız. Çünki həddən artıq duzlu qida hestozun – ağır formalı ödemlərin yaranmasına səbəb ola bilər.

Maye. Maye qəbulunu azaltmayın.

Un məmulatları – Xüsusilə əla növ undan hazırlanmış məhsulları az istifadə edin.

Ətli qidalar – Kabab və çox qızardılmış ətdən az istifadə edin.

Şorbalar və bulyonlar – Yağlı və toyuq şorbalarından az istifadə edin.

Balıq – Çiy şəkildə olan, duzlu və hisə verilmiş balıq əti, kürü və yengəc ətindən az istifadə edin.

Süd və süd məhsulları
– Qaynadılmamış inək südündən, hisə verilmiş pendirdən az istifadə edin.

Yarmalar və paxlalılar
– Manna və yulaf yarmasından, paxlalılar isə allergen olduğuna görə onlardan az istifadə edin.

Yumurta
– Günə 2 yumurtadan çox istifadə etməyin.

Meyvə və tərəvəzlər – Allergik reaksiyalara səbəb olan şaftalı, nar, ərik, portağal və qreypfrutdan az istifadə edin.

İçkilər
– Tünd çay, kofe, energetik, qazlı içki, pivə və digər spirtli içkilərdən istifadə etmək olmaz.

Nümunə üçün 1 həftəlik menyu..

I gün – düyülü blin, pendir, tərəvəzli raqu, vegetarian borşu, süd, ət kotleti, südlü kartof püresi, çay, kök, kompot, meyvələr.

II gün
– vineqret, südlü düyü şorbası, xamalı kəsmik, südlü sıyıq, qızardılmış kartof ilə böfstroqanof, çay, kisel.

III gün
– düyü sıyığı, vegetarian borşu, pörtlədilmiş kələm, suxarı, çay, kartof zapekankası, süd, kisel.

IV gün – təzə tərəvəzlərdən ibarət salat, arpa şorbası, qaynadılmış kartof, qaynadılmış yağlı makaron, pendirli buterbrod, süd, sıyıqla birgə qızardılmış balıq, çay və ya kompot.

V gün – omlet, şor xiyar şorbası, düyü pudinqi, süd, vineqret, kartof püresi ilə qaynadılmış ət, çay, kisel.

VI gün
– xamalı kəsmik qutabı, kartoflu yaşıl borş, təzə kələmdən oladya, qatıq, sıyıq, yağda qızardılmış çörək, kompot.

VII gün
– təzə tərəvəzlərdən ibarət salat, kələmli zapekanka, şəkərli blin, pendirli buterbrod, makaron zapekankası, qatıq, meyvə və kisel...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 8 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri