Düzgün qidalanma qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 194
Səs ver:
(səs: 0)
Artıq çəki ilə bağlı problem məni internetdə yaxşı bir pəhriz formulu axtarmağa vadar etdi. Uzun axtarışların sonucunda maraqlı bir məqalə ilə rastlaşdım. Məqalə "Düzgün qidalanmaq üçün nə etmək lazımdır” başlığı altında başlayırdı, məqalənin müəllifi isə öz sahəsində kifayət qədər tanınmış Doktor Androlog-Urolog Eldar İbrahimzadə idi. Qeyd edim ki, Doktor məqaləsində hər hansı bir pəhriz formulası verməmişdi, sadəcə qidalanma prosesini açıq aydın sadalayır və nəyin nə ilə yeyilməsinin daha məqsədə uyğun olduğunu bildirir. Məqlədə göstərilən qaydalara 40 gün ərzində əməl etdim və nəticədə 14 kq arıqladım. Fikirləşdim oxuçular üçün maraqlı olar və bu məqaləni rus-dilindən tərcümə edib sizlərə təqdim edirəm.
Qidalanma orqanizmi nəinki enerji ilə təhciz etməyə kömək edir, həm də orqnizimdəki  bütün mühüm funksiyaların fəaliyyətinə yardımçı olur. Qidalanma mövcud olmağın zəruri şərtlərindən biridir və bizim fiziki orqanlarımızın fəaliyyətində vacibdir. Hər bir qidalanmanın əsasını təzə ərzaq məhsulları təşkil etməlidir.
Düzgün qidalanmaq üçün nə lazımdır?
Qidalanmanın düzgün olması və sizə xeyir verməsi üçün bir neçə qızıl qaydaya riayət etmək vacibdir:
Qidanı dəqiq müəyyən edilmiş vaxtlarda qəbul edin
Qidanı minimal qəbul etməklə qənaətlənin
Qidanı yaxşıca çeynəyin
Yeməyə maye ilə başlamaq lazımdır (su, sok və ya kampot). Meyvə və tərəvəz də yemək olar. Belə başlangıc sayəsində mədə artıq selikdən azad olur, mədəaltı vəzi işləməyə başlayır və iştahı bir az aşağı salır.
Sonra çörək və qarnir olmadan  ət, balıq, quş və ya digər zülallı qida (göbələk, qoz-fındıq, bakliyat, süd məhsulları, pendir, yumurta və s.) qəbul olunmalıdır. Zülal təzə tərəvəz, göyərti, xiyar, pomidor, salatla yaxşı uyğunlaşır. Sonra qarnir çörəklə yeyilir. Yeməkdən saat yarım sonra şiriniyyat və içkilər qəbul etmək olar.
 
 
Qidalanma necə olmalıdır?
Qidalanma imkan daxilində təbii olmalıdır. Bu o deməkdir ki,  məhsulların tərkibində müxtəlif dad və boya qatışığı olan kimyəvi maddələr olmamalıdır. Fiziki-Kimyəvi proseslər (duzlama, turşuya qoyma, hisə vermə və s.) məhsulları denaturallaşdırır. İsti və ya çox soyudulmuş yeməyi qəbul etmək olmaz. Qidanın tempuraturu ilıq olmalıdır. Yeməkdən sonra hərəkət maddələr mübadiləsinə kömək edir. Yeməkdən yalnız 1.5 saat sonra idmanla məşğul olmaq olar.
Düzgün qidalanmamaq hansı xəstəliklərə səbəb olur?
Düzgün qidalanmamağın nəticəsində ürək və qan dövranı sistemində xəstəliklər, yüksək qan təziqi, beyinə gedən qan damarlarında xəstəliklər, diabet, qaraciyər serozu, karies, prostat və s. kimi xəstəliklər əmələ gəlir.
Hansı məhsullar xeyirli hesab olunur?
Düzgün hazırlanma şərti ilə aşağıdakı məhsullar xeyirli hesab olunur:
Kəpək buğda və digər dənli bitkilərin məhsulları ballast maddələrlə zəngindir və tərkibində B və E vitaminləri var. Kəpək bağırsağın fəaliyyətinə tənzimləyici təsir göstərir.
Kartof: nişasta ilə yanaşı, proteinlədə zəngindir. Tərkibində B və E vitaminləri, dəmir və kalium var.
Təzə tərəvəz, lobya və meyvələr.
Bu məhsulları belə dəyərli edən onların tərkibində olan vitamin, mineral və mikroelementlərdir.
Göy-göyərti aşağı kalorili olmasına baxmayaraq xüsusilə artıq çəkidən əziyyət çəkənlər üçün çox faydalıdır.
Lobyanın tərkibində böyük miqdarda zülal, vitaminlər (xüsusilədə, B), mineral elementlər – kalsium və fosfor var. Mikroelementlərdən isə – dəmir və mis var. Lobyanın tərkibində  zülal çox olduğu üçün Vegeteryanlar onu ətin layiqli əvəzləyiçisi hesab edirlər.
Meyvənin tərkibində böyük miqdarda fruktoza olduğuna görə çox kalorilidir. Meyvənin növündan aslı olaraq tərkibi fərqli olur. Sitrus meyvələri C vitamini ilə zəngindir. Quru meyvələr həzm prosesinin pozulması zamanı faydalıdır. Meyvələri alan zaman onların xarici görünüşünü əsas  götürmək lazım deyil. Görünüş cəhətdən yaxşı görünən meyvə və tərəvəzlərin tərkibində insanın sağlamlığı üçün zərərli maddələr var.
Süd məhsulları: süd, kəsmik və s. kalsium ilə zəngindir.Vitamin B12, karoten, amin turşuları süd məhsullarını bioloji cəhətdən dəyərli məhsul edir.
Düzgün qidalanma – sağlamlığın bütün istiqamətlərində özünü göstərməsidir. O istənilən yaşda enerji, sağlamlıq və gözəllikdir. Orqanizimdə tarazlılıq, sağlamlığa gətirib çıxarır bu isə düzgün qidalanmağın nəticəsidir. Düzgün qidalanma və sağlam həyat tərzi bir-birindən ayrılmaz anlayışlardır. Düzgün qidalamağın əsas formulası – özünüzü artıq kalorilərlə yükləməyin və çoxlu hərəkət edin!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 5 194
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri