Bu qidalar böyrəyə xeyirdir

Müəllif: Antikvar
Şərhlər: 11
Baxılıb: 9 078
Səs ver:
(səs: 1)

Şəkər, yüksək təzyiq və ürək xəstəliyindən əziyyət çəkənlərin böyrək xəstəliyinə yoluxma riski daha yüksəkdir. Ancaq uyğun bir pəhrizlə böyrək xəstəliyi riskini azaltmaq və buna səbəb olan problemləri aradan qaldırmaq mümkündür. Qadınlar.biz böyrək sağlamlığına faydası təsdiqlənmiş qidaları təqdim edir.

 

Təzə sarımsaq xolesterol salma özəlliyi ilə böyrək sağlamlığı üçün əla seçimdir. Yüksək antioksidan tərkibli olan sarımsaq yeməyin xərçənglə mübarizəyə kömək olduğu təsdiqlənmişdi. Sarımsaq çox yeyildiyində şişkinlik yarada bilər. Kükürd tərkibli olduğundan bədəndə detoks təsiri yaradır.

 

Kələm, brokili kimi tərəvəzlər də böyrəklərin yaxşı çalışmasına kömək edən lif, C və K vitaminləri ilə zəngindir. Kələm eyni zamanda dəmirlə çox zəngindir. Betakarotin və kalsiumu bol olan kələm böyrək üçün ən uyğun qidalardandır. Potasimu da aşağıdır.

 

Yumurtanın ağı insan sağlamlığını dəstəkləyən bir çox vitamin və mineral deposudur. Yüksək protein, aşağı potasium və fosfor tərkiblidir. Bol miqdarda dəmir tərkiblidir. Tərkibində yağ heç yoxdur, karbohidrat səviyyəsi 1%-dir.

 

Sarımsaq kimi soğan da ürək-damar xəstəlikləri ilə mübarizə aparan qidaların başında gəlir. Ürək və xərçəngə qarşı güclü antioksidandır. Çiy yeyildiyində böyrək xəstəliklərini önləməkdə daha çox  kömək olur.

 

Somon, sardalya kimi təzə balıqlar insan bədəninin öz-özünə ifraz edə bilmədiyi keyfiyyətli protein və Omega 3 ilə zəngindir. Təzə balıq yeyən inanlarda böyrək xəstəliyinə yoluxma riski çox aşağıdır. Ürək xəstəlikləri, qan təzyiqi və yüksək xolesterolun da qarşısını alır.  

 

Zoğal sidik yolu infeksiyalarını dəf etməkdə çox təsirlidir. Bakteriyaların öd kisəsi divarında toplanmasının qarşısını alar. Ürək xəstəlikləri və xərçəng riskini azaldır.

 

Ürək xəstəlikləri və xərçəngə qarşı mükəmməl biir qida olan alma eyni zamanda aşağı xolesterol tərkiblidir. Potasium azlığı ilə böyrək problemlərinə ən faydalı qidalardan biridir.

 

Zeytun yağı. Zeytun yağı istifadə edən insanların arasında ürək, böyrək xəstəlikləri və xərçəngə yoluxma ehtimalına çox az rast gəlinir. Zeytun yağı sərbəst radikalların səbəb olduğu fəsadların qarşısını alar və eyni zamanda yüksək antioksidan tərkiblidir.

 

Böyrək xəstəliyinin qarşısını almaq və sağlam olmaq üçün bu 8 qidanı pəhriz proqramından əskik etməyin.

(səs: 1)
Şərhlər: 11
Baxılıb: 9 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri