Ləzzətli mayonez və ketçupun dəhşətli zərərləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 526
Səs ver:
(səs: 0)
Marketlərdə satılan hazır mayonezi davamlı olaraq yeyir və çox sevirsinizsə, 2 həftə ərzində heç yemədiyiniz zaman belinizin 1-2 sm incəldiyini müşahidə edəcəksiniz. Kartof qızartması, sendviç, salatlarda istifadə etdiyiniz hazır mayonezlərin tərkibinə bir çox aroma çoxaldıcı yağ kimi zərərli və təbii olmayan maddələr qatılır. Məlum olduğu kimi mayonez təkcə yağ və yumurtadan hazırlanır. Amma şirkətlərin satışa çıxardığı mayonezlər bu qədər məsum deyil. Mayonezi istifadə etmək əvəzinə qatıq və ya süzmə istehlak etməyiniz sağlamlığınız üçün daha faydalı olacaq.

Ketçup və mayonezin tərkibindəki kimyəvi maddələr insan sağlamlığına ciddi zərər verir. Təəssüf ki, ketçup və mayonez istehlakı bütün dünyada olduğu kimi ölkəmizdə də olduqca məşhurdur. Ketçup, mayonez əslində mahiyyət etibarı ilə qısa müddətdə xarab olan pomidor və yumurta kimi xammallardan hazırlandığı halda, aylarla, illərlə mağazalarda, evlərdə saxlanılır. Bəs bu necə olur? Tez çürüyən pomidoru ehtiva edən ketçup niyə aylarla soyuducuda qalsa da, dadı dəyişmir? Ketçup və mayonezin tərkibində nələr var?

Ketçupun tərkibi: Tomat püresi, şəkər, qlükoza, sirkə, duz, ətir verici kimyəvi maddələr, soğan tozu, sarımsaq tozu, acı bibər suyu, antimikrobial maddə (natrium benzoat E-211, kalium sorbat E-202), antioksidant (askorbin turşusu E-300), konsistensiya artdırıcı (guar yapışqanı E-412).

Mayonezin tərkibi: Bitki yağı, su, yumurta sarısı, şəkər, duz, modifiye nişastası, limon suyu konsentrasiyası, sirkə, qoruyucu (sorbik turşusu, kalium sorbat, natrium benzoat), turşu tənzimləyici (laktik turşu), ətir vericilər, rəngləndirici, antioksidant, süd və süd məhsulları.

Alimlərin araşdırmaları nəticəsində rəngləndirici maddə daşıyan yemək və içkilərin xüsusilə uşaqların zəka səviyyəsinə, zehni qabiliyyətinə mənfi təsir etdiyi ortaya çıxıb. Rəngləndirici, qoruyucu maddələr insan sağlamlığını təhdid edir və xərçəngə yaxalanma riskini artırır. Genetikası ilə oynanılan bütün qidalar insan sağlamlığı üçün zərərlidir.

Ürək xəstələri üçün hədsiz dərəcədə zərərli olan mayonez ürək döyüntüsünün zəifləməsinə yol açır. Mayonezin digər mənfi təsiri ürəklə yanaşı, xolesterolu da yüksəltməsidir.

Uşaqların və gənclərin çox sevdiyi ketçup və mayonez üçün başqa təbii həll yolu varmı? Bunun yeganə yolu evdə ketçup və mayonez hazırlamaqdır.

Tərkibindəki əsas qatqı yağ olduğu üçün yüksək kaloriyə malikdir. Bir xörək qaşığı mayonez 102 kaloridir. Lakin mayonezin dəriyə və saçlara bir çox faydaları var.

Mayonez saçlar üçün yaxşı nəmləndiricidir. Ancaq saç üçün istifadə ediləcək mayonez mütləq evdə hazırlanmalıdır. Hazır alınan mayonezlərin tərkibində kimyəvi maddələr olduğu üçün maska təbiiliyini itirir, saçlara zərər verə bilər. Mayonezi evdə və zeytun yağı ilə hazırlamağa diqqət etmək lazımdır. Mayonez maskası daha çox quru və incə telli saçlar üçün məsləhət görülür. Əgər boyadan, günəşdən dolayı saçlarınız çox korlanıbsa, mayonez maskasından yararlana bilərsiniz.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 526
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri