10 zərərli qida-onlardan faydalanmaq da olar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 308
Səs ver:
(səs: 0)
Elə ərzaq məhsulları var ki, bədən formalarına nəzarət edən insanlar onu "qara siyahı"ya salıb. Nyu-Yorklu dietoloq Samanta Hellerin siyahısına nəzər saldıqda aydın olur ki, 11 elə ərzaq məhsulu var ki, onlar ilk baxışdan göründüyü kimi heç də zərərli deyillər. Onlardan hətta hər gün istifadə etmək olar. Ən əsası "sərhəd"-i keçməməkdir.
 
Kartof
Dana əti, pendir və ya mayonezlə kartof fri və ya püresi kökəlmə versə də, soyutma kartof ilə zeytun yağı əslində çox faydalıdır. Axı bu tərəvəz C, B6 vitaminləri ilə zəngindir. Həftədə bir dəfə yeyilən kartof arıqlığa heç bir zərər gətirməz.

Fıstıq yağı
Azərbaycan üçün fıstıq yağı təzə ərzaqdır və çox yayılmayıb. Eyni zamanda böyük super-marketlərdə onu tapmaq mümkündür. 2 xörək qaşığı fıstıq yağı 200 kalori təşkil edir. Bu kifayət qədər çoxdur. Onun tərkibi orqanizmə faydalı yağlar və vitaminlərlə zəngin olduğundan fıstıq yağı səhər yeməkləri üçün ideal qida sayılır.

Yağ
Çox da böyük olmayan kərə yağı tikəsi marqarinlə müqayisədə heç də təhlükəli hesab olunmur. Marqarin yağındakı kalori kərə yağına nisbətən 5 dəfə daha çoxdur. Əgər yenə də ehtiyat edirsinizsə, ən yaxşı yağ zeytun ağı hesab olunur. Amma yenə də bir tikə və son!

Şəkər
Bir çoxları pirojna və konfetlərin assosasiyasında şəkərdən ehtiyyat edirlər. Həqiqətən də, bunlar yüksək kaloriliyə malikdirlər. Amma şəkərlə şirniyyatı bir tutmaq düzgün deyil. Siz şəkər qəbul edən zaman orqanizminiz onu qlükozaya çevirir. Bu, hüceyrələrin əsas enerji mənbəyidir. Unutmayın ki, qlükoza ürək-damar sistemi və qaraciyərin işi üçün vaciblidir. Ona görə də çayınıza bir az bal və qəhvənizə şəkər əlavə etməkdən çəkinməyin.

Şokolad
Şokolad istədilən zaman əhvalı yaxşılaşdırır və aclıq hissini dəf edir. Nə üçün onu qida rasionunuzdan çıxardasınız ki? Şokoladın tərkibində polifenol adlanan sağlamlıq üçün faydlı komponent var. O, qan dövranını yaxşılaşdırır, bir çox xəstəliklərin yaranmasını əngəlləyir və tərkibində dəri toxumalarının fundamental elementləri var. Tərkibi minimal şəkərli, çərəz və vafli hissəcikləri əlavələri olmayan əsil kakaolu şokaladdan istifadə tamamilə zərərsizdir.

Pizza
Bu gün pizza ən populyar ayaqüstü qida hesab olunur. Dostlar bir araya yığışdıqları vaxt onu tez-tez sifariş edirlər. Çox vaxt elə hesab olunur ki, aclığı ram etmək üçün bu çox zərərli qidadır. Amma pizzanı da faydalı etmək mümkündür. Xəmiri daha nazık edin, ora tərəvəz və tomat pastası və bir qədər də pendir əlavə edin. Bununla da bütünlüklə balanslaşdırılmış məhsul əldə olunur.

Popkorn
Filimlərə popkorn yemədən baxmaq çətin məsələdir. Təəsüflər olsun ki, hazır alınmış popkorn artıq miqdarda duzlaşdırılır və ya şirinləşdirilmiş olur, bu da yağ və kalori artıqlığına səbəb olur. Ən yaxşısı qarğıdalı dənlərini çiy halda alıb (cəmi 31 kalori) çərəzi evdə hazırlamaqdır.

İdman içkiləri
Belə bir fikir dolaşır ki, idman içkiləri "sağlam qida"-lardan hesab olunmur. Tərkibindəki şəkərin miqdarına görə onlar qazlı içkilərdən geri qalmır. Bununla yanaşı bu içkilər fiziki gərginliyə dözümü artırır, orqanizmi enerji mənbəyi sayılan karbohidratlarla təchiz edir, su balansının bərpa olunmasını təmin edir. Bu da aktiv məşqlər edənlər üçün az əhəmiyyətli deyil.

Pendir
Bir çoxları hesab edir ki, süd məhsulları o qədər də faydalı deyil. Eyni zamanda başqa tədqiqatçıların fikrincə məhs onlar təzyiqi aşağı sala bilir, qanda şəkər balansını stabilləşdirir. Cəlbedici səslənir? O zaman uzun iş günündən sonra pendir dilimindən imtina etməyin. Ən əsası da az yağlı növünü seçməklə pəhrizinizi qoruya bilərsiz.

Salat üçün sous
Zeytun və digər bitki yağ əsaslı salat sousları sizin salatlarınıza əvəzsiz dad qatmaqla yanaşı sağlamlığınız üçün də zərərli olmayacaq. Krem halında olan salat əlavələrindən isə uzaq olun, çünkü onlar moyanez və qaymaq tərkiblidir.

Sağlamlığınız öz əlinizdədir, qidalardan düzgün istifadə edərək həm formada qalacaq, həm də sağlamlığınızı qorumuş olacaqsınız!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 308
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri