Dərmana meydan oxuyan 5 meyvə

Müəllif: Menim balam
Şərhlər: 11
Baxılıb: 3 299
Səs ver:
(səs: 0)
Qışda xəstələnməmək üçün bunları yeyin
Meyvə-tərəvəzin ən yaxşı vitamin qaynağı olduğu sirr deyil. Bəzi meyvələr isə hətta antibiotiklərdən də yaxşı təsir göstərirlər.

qışda xəstələnməmək üçün 5 meyvəni təqdim edir.

1. Xurma
Narıncı rəng beta karotinin çoxluğundan xəbər verir. Bu meyvənin tərkibində A vitamini boldur. Bu isə görməni gücləndirir, ciyərlərin hüceyrələrini stimullaşdırır. Südlü xurma kokteyli öskürəyi yumşaldır.
Xurma həm də nikotin turşusu (vitamin PP) ilə boldur. Bu maddə yorğunluqla mübarizə aparır, antidepresant olan hormonların yaranmasını sürətləndirir.
Xurmanın tərkibindəki şəkər ürək üçün faydalı olsa da, bədən formasını pozmur.

2. Qış alması (Antonovka)
Alma ən faydalı meyvədir. Gündə bir alma yeyən insan həkim tanımaz deyirlər. Bu meyvə maddələr mübadiləsini stimullaşdırır. Soyuq günlərdə yuxudan tez ayılmağa kömək edir.
Bişmiş formada isə alma mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır.

Qış almasının tərkibində yod çoxdur. Antonovkadan çoxdan qış avitaminozunda istifadə edilir. Yaza kimi bu sortun tərkibindəki vitaminlərin, xüsusilə C vitamininin 90 faizi qalır. Başqa meyvələrdə isə yaza doğru bu göstərici 40-30% düşür.

3. Nar
Gündə bir ədəd nar və ya bir narın şirəsi qanı infeksiyalardan təmizləməyin ən dadlı və asan yoludur. Onun tərkibində eritrosit yaradan maddələr boldur.

Nar, həmçinin bronxit, pnevmoniya, mədəaltı vəz xəstəliklərində də əla müalicə vasitəsidir.

4. Qreypfrut
Bu sitrus meyvəsi tərkibindəki vitaminləri yayın ortalarına kimi saxlayır. İmmunoloqlar gün ərzində ən azı yarım qreypfrut yeməyi məsləhət görürlər. Bu meyvənin şirəsi isə sidikqovucudur. Bu isə arterial təzyiqi azaltmağa kömək edir. Hipertaniya zamanı 1/4 stəkan qreypfrut şirəsi içmək məsləhətdir.

Bu meyvə yağ yandırmağa kömək edir. Pəhriz saxlayanların ən yaxşı məhsuludur.
Nəqliyyatda ürəyiniz bulanır və ya havasız qalırsınız? Onda aptektdən qreypfrut efir yağından olan irislər alın. O, həm nəfəsi açır, həm də baş gicəllənməsinin qarşısını alır.

5. Quşüzümü
Hava soyuduqca C vitamininə olan tələbat da artır. Quşüzümü turş meyvə olsa da, onun tərkibində faydalı vitamin və maddələr çoxdur.

Turku universitetinin fin mütəxəssislərinin təcrübələri göstərib ki, quşüzümü ekstratı ənənəvi antibiotiklərin belə zərərsizləşdirə bilmədiyi bakteriyaları məhv edir.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 299
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri