Qış fəslinin vitamin mənbələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 740
Səs ver:
(səs: 2)
İnsan orqanizmi daim ona lazım olan vitamin və mikroelementləri almalıdır.
Əks halda  orqanizmdə müxtəlif pozulmalar baş verə bilər. Avitaminoz bizim immun sistemimizə ciddi zərbə vurur və bunun nəticəsində insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır. Bu səbəbdən insan öz qidalanmasını elə tənzim etməlidir ki, bütün lazım olan vitamin və mikroelementlər onun orqanizminə daim daxil olunsun.

İlin isti aylarında bu problem asanlıqla həll olunur - vitamin və mikroelementlərin əsas mənbəyi olan meyvə, tərəvəz, giləmeyvələr, göyərti bol olur. Lakin soyuq aylarda bu kifayət qədər çətin işə çevrilir.

Beləliklə, soyuq aylarda orqanizmə lazım olan vitaminləri hansı məhsullardan qəbul etmək olar?
1. Sitrus meyvələri (naringi, portağal, limon, kivi) soyuq fəsillərdə orqanizmi müxtəlif vitaminlər və mikroelementlərlə təmin edir. Bu vitaminlərin arasında  C vitaminin faydasını xüsusilə vurğulamaq lazımdır. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara olan davamlılığını artırır, soyuqdəymə və qrip zamanı sağalma dövrünü qısaldır. Bütün bunlar isə soyuq aylarda xüsusilə vacibdir. Bu səbəbdən ilin soyuq fəsillərində sitrus meyvələri hər gün qəbul etmək lazımdır.

2. Tərəvəzlər soyuq fəsillərdə saxlanma zamanı, təbii ki, öz xeyirli xüsusiyyətlərinin müəyyən hissəsini itirirlər. Lakin tərəvəzlərdən imtina etmək düzgün deyil. Kələm, çuğundur, kök, kartof və s. daim menyunuzda olmalıdır.

Təzə göyərtilər (şüyüd, cəfəri, keşniş və s.) də orqanizmi vitamin və mikroelementlərlə təmin edir.

Soğan və sarımsağın qəbulunu soyuq aylarda artırmaq lazımdır. Bu tərəvəzlər immun sisteminə olduqca müsbət təsir edir.

Tez-tez salatlar qəbul edir: kələm, kök, bibər, soğan doğranılır, özərinə zeytun yağı və limon şirəsi əlavə olunur və qarışdırılır. Belə salatlar həm vitaminlə zəngindir, həm də mədə-bağırsaq sisteminə çox müsbət təsir edir.

2. Süd məhsulları (qatıq, kefir, xama, yoqurt və s.) müxtəlif vitaminlər və mikroelementlərin zəngin mənbəyidir. Bu məhsullar B qrupu, D, C kimi vitaminlərlə, kalsium, fosfor kimi mikroelementlərlə olduqca zəngindir. Bu məhsulların tərkibində olan lakto və biridobakterilər insanın immun sistemini möhkəmləndirir. Nəzərinizə çatdıraq ki, yalnız saxlama müddəti qısa olan süd məhsulları (3 aya kimi) orqanimi lakto və bifidobakterilərlə tam həcmdə təmin edə bilərlər. Saxlama müddəti uzun olan süd məhsulları xeyirli bakterilərdən çox, konservant və s. xeyirli olmayan maddələrlə "zəngindir".

3. Ət (ət, toyuq, balıq) orqanizmi bir çox əvəzsiz maddələrlə təmin edir.

4. Soyuq fəsillərdə müxtəlif sıyıqların (yulaf, darı yarmaları, qarabaşaq, qəhvəyi düyü və s.) qəbulunu artırın.

5. Bal əvəzsiz məhsuldur. Balın gündəlik qəbulu orqanizmi vitaminlərlə təmin edir, immun sistemini möhkəmləndirir.

6. Soyuq aylarda quru meyvələri (ərik, qara qavalı, əncir quruları, kişmiş və s.) mütləq qəbul edin. Bu məhsullarda, demək olar, bütün vitamin və mikroelementlər saxlanılır. Meyvə quruları sıyıqlara əlavə edin, komptotlar bişirin. Ən faydalı resept: axşamdan 2 litrlik termosda kişmiş, qara qavalı, ərik qurusu (hər meyvədən 1 ovuc) dəmləyin və növbəti gün ərzində için.

7. İtburnu və yemişan kimi giləmeyvələr də orqanizm üçün çox faydalıdır. Bu giləmeyvələri də termosda dəmləyib içmək çox yaxşıdır.

8. Yayda bişirilən müxtəlif mürəbbələr və kompotları da mentynuza əlavə edin. Bişirilməyən mürəbbələr (qara qarağat, moruq və s.) daha xeyirlidir. Onlarda, demək olar, bütün vitaminlər saxlanılır. Moruq mürəbbəsini xüsusilə vurğulamaq lazımdır. Bu mürəbbəni orqanizmə olan təsirinə görə təbii antibiotik kimi qəbul etmək olar.

9. Qoz-fındıq da (qoz, fındıq, badam, püstə, keşyu və s.) vitamin və mikroelementlərin zəngin mənbəyidir. Hər gün 1 ovuc qoz-findıq qəbul edin.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 5 740
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri