Təbii sakitləşdirici vasitələr

Müəllif: NoName
Şərhlər: 13
Baxılıb: 1748
Paylaş:
Səs ver:
(səs: 2)
Müasir insan daim stress və gərginliklərə məruz qalır. Nəticədə bir çox insanlar nevrozlardan, depressiyalardan, yuxusuzluqdan və s. pozulmalardan əziyyət çəkir.
Xalq təbabətində sinir sisteminin möhkəmləndirilməsi üçün müxtəlif və çox təsirli vasitələr var.

Bu vasitələrin arasında:
- Çobanyastığı çox yaxşı sakitləşdirici vasitədir. Gün ərzində 2-3 dəfə 1 fincan çobanyastığı çayı qəbulu əsəbləri sakitləşdirir. Çay belə hazırlanır: 1 çay qaşığı çobanyastığı otu 100 qr qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və qəbul edilir (çaya 1/2 qaşıq bal əlavə etmək olar). Lakin onu da nəzərə alın ki, çobanyastığı allergiyaya səbəb ola bilər. İshala meyilli insanlar da diqqətli olmalıdır- çobanyastığı işlədici təsirinə malikdir.

- 1 çay qaşığı badrənc otu, 1 çay qaşığı qurudulmuş nanə (və ya bir çimdik təzə nanə) və 2 dənə mixək 200 ml qaynar suda dəmlənilir və gün ərzində içilir. Nanə və badrənc otun tərkibində olan efir yağları sakitləşdirir, gərginliyi yox edir, yuxusuzluqla mübarizədə kömək edir. Əczaçılıq sənaye tərəfindən buraxılan bir çox sakitləşdirici preparatların tərkibinə məhz badrənc və nanə daxildir.

- Yuxusuzluqdan əziyyət çəkən insanlar qurudulmuş nanə yarpaqlarını tənzifdən olan kiçik torbaya yığıb yatmazdan əvvəl yastığın yanında qoyun. Bu onlara yuxuya daha tez getməyə kömək edəcək.

- Hər gün yatmazdan əvvəl isti vanna qəbul edin və suya 5 damcı aromatik yağ əlavə edin (nanə, qızılgül, adaçayı, lavanda, limon, portağal yağlarından istifadə etmək olar). Belə vannaları hər gün 1 ay ərzində qəbul edin.

- Sakitləşdirici vannalar çox təsirli vasitədir. Ümumillikdə isti su gərginliyi yox edir, sakitləşdirir. Suya sakitləşdirici dəmləmələrin əlavə olunması daha yaxşı effekt verir. Beləliklə, yatmazdan əvvəl isti vanna qəbul edin və suya çobanyastığı və pişikotu dəmləməsini əlavə edin (3 xörək qaşığı pişikotu və 3 xörək qaşığı çobanyastığı 1 litr qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və suya əlavə edin).

- Yatmazdan əvvəl xüsusi aromalampanın üzərinə 2-3 damcı aromatik yağ damızdırın və yarım saat ərzində bu ətirli hava ilə nəfəs alın.

- Darçın da insanın sinir sisteminə sakitləşdirici təsir edir. 1 fincan qaynar suya bıçaq ucunda darçın və 1 çay qaşığı bal əlavə edin. Gün ərzində 2 fincan çay qəbul edin.

- 2 xörək qaşığı pişikotu kökləri, 2 xörək qaşığı razyana, 2 xörək qaşığı zirə üzərinə 3 stəkan qaynar su əlavə edin, dəmləyin və gün ərzində 50 ml olmaqla 3 dəfə qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə 1/2 çay qaşığı bal əlavə etmək olar.

Bu vasitələrdən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

loading...
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 1748
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
duzdu ele bitgiler varki ansisa orqana ziyandi ona gorede hekime muraciyet etmek lazimdi
9 mart 2015 22:21
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
FISTIK
menim cox exdiyacim var twk
8 fevral 2015 14:23
12
Offline
Gunka13
Qaynanamda yuxusuzluk problemi var cox sagolun emel edecm
7 fevral 2015 23:48
11
Aileli.
Offline
ismayilova ulker
Faydalı məsləhətlərdi. Mən çoban yastığı çayını birdə nanəni uşaqlarda qarın ağrısı olanda verirəm kəsir. Burda isə qarın işlədir yazılıb. Əksinə bərkidir.
7 fevral 2015 23:36
10
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
ece uslu
ehh sterssiz əsəbsiz bir günüm yoxdu
7 fevral 2015 23:23
9
Offline
canr
Mence indiki zamanda hamiya lazimdi
7 fevral 2015 23:21
8
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
Offline
aziz a
Ehtiyacim var
7 fevral 2015 22:36
7
Rebbim kömek olsun cümlemize Amin
Offline
arzum-aysum
Men cox esebi olmusam bu aralar
7 fevral 2015 22:28
6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
KRALİCEM
Offf mene lazimdi
7 fevral 2015 22:24
5
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Offline
emis
ehtiyac variydi sagolun
7 fevral 2015 20:35
4
Online
BARBI
Bezen istifade edirem sskitlesdiricilerden
7 fevral 2015 20:13
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
bax bu mene lazimdi tesekkur edirem
7 fevral 2015 20:09
2
Sən sadəcə mənimsən...!
Offline
Fialka
Faydalı məsləhətlərdi sakitləşdirici vanna vasitələrini bəyəndim birdə sakitləşdirici kimi nanə çayı istifadə edirəm
7 fevral 2015 20:07
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv