Dadlı, ancaq zərərli qidalar

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 3 254
Səs ver:
(səs: 3)
Pendir: Ucuz qiymətə satılan pendirlər bəzən faydalı olmaya bilər. Bəzi "fast food” məhsullarında da ucuz qiymətə alınan pendirdən istifadə edilir. Pendir alarkən etibarlı yerdən almağınız məsləhət görülür. Ancaq keçi pendiri sağlamlıq üçün daha faydalıdır. Çünki 30 qram keçi pendirində 76 kalori və 5 qram zülal var.

Yumşaq ağ çörək: Ağ undan hazırlanmış bir dilim çörəkdə olan kalori dəyəri 65-dən çoxdur. Sadə və sürətli şəkildə həzm olunan ağ çörək tərkibində karbohidrat olduğu üçün qan şəkərini yüksəldə bilir. Bunun yerinə eyni kaloriyə sahib olan kəpəkli çörək yesəniz 2 qram lif, zülal, selenium, maqnezium və kalium kimi faydalı qida maddələri qazanarsınız.

Qısa müddətdə hazırlanan makaronlar (əriştə): Ölkəmizdə son zamanlar geniş istifadə olunan plastik qablarda və ya paketlərdə satılan yalnız isti su ilə hazırlanan makaronlar sağlamlığımız üçün təhlükəlidir. Çünki tərkibində yüksək miqdarda natrium maddəsi var. Bu maddə yüksək təzyiq, ürək xəstəlikləri, iflic və böyrək kimi bir çox təhlükəli xəstəliklərə səbəb olur. Əgər həmin makaronların olduğu plastik qaba isti su tökülərsə, bu zaman xərçəng xəstəliyinə səbəb ola biləcək kimyəvi maddələr ortaya çıxar. Bunun yerinə evdə qaynadılan makaronu pendirlə və ya pomidor sousu ilə qarışdırıb sağlam şəkildə qidalanmaq daha faydalıdır.

Qızardılmış kartof: Restoranda yediyiniz 170 qram qızarmış kartofda 570 kalori var. Bunun yanında bir ədəd böyük hamburger də yesəniz 670 kalori və 39 qram yağ qəbul etmiş olarsınız.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 254
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri