Ürək sağlamlığımızı qoyuran məhsullar

Müəllif: emis
Şərhlər: 12
Baxılıb: 1296
Paylaş:
Səs ver:
(səs: 4)
Müasir dünyada ən geniş yayılmış xəstəliklərin siyahısında ürək-damar sistemi ilə bağlı problemlər ön sırada dayanır. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasında da insan ölümlərinin əsas səbəblərindən biri kimi məhz ürək xəstəlikləri göstərilir.

Məntiqi yanaşsaq, ürəyin öz sahibinə belə sədaqətsiz olmasını anlamaq o qədər də çətin deyil. Düzgün qidalanmırıqsa, hərəkətsiz oturaq həyat tərzi keçiririksə, ekoloji problemlərlə üzləşiriksə, ürəyin düşməni olan siqareti ürəyimizin başında gəzdiririksə, səhərlər 5-10 dəqiqə idman etməyə tənbəllik ediriksə, ən kiçik məsafələri belə, avtomobillə qət etməyə üstünlük veririksə, ürək bu həyat tərzinə necə dözsün?

Ürəyin qayğısına vaxtında qalmaq, döyüntülərinə diqqətlə qulaq asmaq onun sahibinin borcudur. Axı o, istirahətsiz və fasiləsiz öz sahibini yaşadır. Bu həyati vacib funksiyanı yerinə yetirdiyinə görə heç olmasa ürəyimizi sevindirmək üçün onun sevdiyi qida məhsullarını rasionumuza daxil etsək o da bizlərdən imtina etməz.

1. Gününüzü dadlı və faydalı yulaf sıyığı ilə başlayın. Yulaf omeqa 3 yağ turşusu, kalium və fol turşusu ilə zəngindir. Həmçinin yulaf sıyığı sellülozla zəngindir ki, bu xolesterinin səviyyəsini aşağı salır və damarları təmizləyir.

2. Ürəyin sevdiyi qida məhsullarından biri qızıl balıqdır. Qızıl balıq da omeqa 3 yağ turşuları ilə zəngindir. Bu faydalı qida məhsulu qan təzyiqini aşağı salır, ürəyin fəaliyyətinə olduqca müsbət təsir göstərir. Müntəzəm olaraq qızıl balıqan istifadə edənlərdə ürək xəstəliklərinə tutulma riski üç dəfə az olur.

3. Sağlamlıq üçün bir çox faydaları olan avokado ürəyin ən sevimli meyvələrindən biridir. Avokado doymamış yağ turşuları ehtiva edir ki, bu da xolesterenin yüksəlməsinin qarşısını alır. Bu meyvə ürək damar xəstəlikləri ilə mübarizədə ən güclü təbii vasitələrdən biridir.

4. Zeytun yağı öz tərkibinə görə ürək xəstəliklərinin riskini azaldan ən faydalı qida məhsulları sırasındadır. Araşdırmalar zamanı aşkar olunub ki, hər gün zeytun yağından istifadə edən insanlar ürək problemlərindən daha az şikayətlənirlər.

5. Moruq, çiyələk, qaragilə, böyürtkən kimi giləmeyvələr ürək və onun sağlamlığı üçün faydalıdır. Zövqə görə bu giləmeyvələrdən heç olmasa biri qida rasionuna daxil edilərsə ürək bundan faydalanar. Bu giləmeyvələr təkcə ürək xəstəliklərinə deyil, həm də xərçəng xəstəliklərinə tutulma riskini azaldır.

6. Nar ürək xəstəlikləri üçün təbii dərmandır. O faydalı tərkibi ilə qanda xolesterenin səviyyəsini azaldır, qan dövranını normallaşdırır, ürək damarlarının aterosklerozuna mane olur, qanı durulaşdırır.

7. "Tanrıların qidası" adlanan xurmanın çoxsaylı faydalı xüsusiyyətlərindən biri də ürək əzələlərini qidalandırmasıdır. Ümumiyyətlə ürək xəstəliklərinin profilaktikası üçün xurma ən yaxşı vasitələrdən biri sayıla bilər.

Ürəyinizi qoruyun. Elə düşünməyin ki, o, təkcə sizə məxsusdur. Ürəyiniz naminə bu qida məhsullarına ürəklə pul xərcləyin ki, sonra apteklərdə ikiqat xərcə düşməyəsiniz.

loading...
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 1296
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
leyla_258
booy nece de cox mehsullar var burada,
16 mart 2015 13:36
12
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
ece uslu
çiyələk və nardan başqa digərlərini sevmirəm
15 mart 2015 14:05
11
Offline
sona
bezi qidalari sevirem ve yeyirem. Ancaq ureyim cox agriyir cunku cox fikir cekirem
15 mart 2015 01:31
10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Luna-90
Off qizil baliq usaq vaxti ne qeder yedizdirirdise nenem uje o bu iyrenmisem .onu qramla yemek lazimdi nenem cox verirdi ele bilirdi kokeldecek.
15 mart 2015 01:18
9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Aysel Tatli
FAYDALI XEBERDIR TEWEKKURLER
15 mart 2015 00:41
8
Offline
canr
Faydali xeberdi.Yararlanmaq lazimdir
14 mart 2015 23:40
7
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
Offline
vipbetul
butun orqanizime qulluq edilmelidi
14 mart 2015 22:33
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Nergizz
burdakilardan cox istfade edrem zeytun yagi,yemeklerin awdan bawqa hamisini demek olarki zeytunla biwrirem,birde nar cox yeyilir bizde,qalan bezileri arada olur,qizil baliq yememiwem,ama bawqa baliqlardaan bwrirem oda tez tez yox,xebere gore twkk
14 mart 2015 21:04
5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
BARBI
Bezi qeyd olunmus qidalari mende cox sevirem yalniz qizil baligi sevmirem
14 mart 2015 20:47
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Faydalı məsləhətlərdi, qeyd olunan bəzi qidalardan istifadə edirəm təşəkkürlər emisim.
14 mart 2015 20:38
3
Offline
qanadli melek
ureyim uje qidalanmaqla sagalmaqdan kecib
14 mart 2015 20:37
2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
aziz a
Axir vaxtlar ureyimde sancilar olur...
14 mart 2015 20:18
1
Rebbim kömek olsun cümlemize Amin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv