Süd içməyin faydaları

Müəllif: emis
Şərhlər: 10
Baxılıb: 24 439
Səs ver:
(səs: 6)
Südün sağlamlıq və gözəllik üçün faydalı olduğunu bilirik. Dəri yenilənməsindən osteoporoza kimi bir çox faydası olan südün daha 8 faydasını təqdim edirik.

Göbək yağlarını əridir. Kökələn insanlarda yağlar daha çox qarın və bel bölgəsində toplanmağa başlayır. Gündə 2 stəkan süd içmək yağ yandırmaq üçün təsirlidir.

Güclü sümüklər üçün idealdır. Mineralla son dərəcə zəngin olan süd eyni zamanda zəngin bir kalsium qaynağıdır. 1 litr süd içində olan kalsium, 10 kilo ət, 5,2 çörək, 12,5 kilo kartof, 17 kq alma, 2,4 kilo kökdə olan kalsiuma bərabərdir.

Dərinin korlanmasını əngəlləyir. Südün tərkibində olan proteinlər, antioksidant tərkibli A vitamini və sink ilə dəri sağlığınızı qorumuş olarsınız. Dəri üçün nəmləndirici təsir edir.

Enerji verir. Süd beyin üçün də faydalı olub beyin ehtiyacı olan enerjini verir, tərkibindəki protein ilə bədən toxumlarını inkişaf elətdirir.

Ürək üçün faydalıdır. Yüksək təzyiqin müalicəsində südün önəmli faydası bilinir. Təzyiq dərmanlarının yan təsirlərinin qarşısını alır. Ürək damar xəstəlikləri riskini 15 faiz azaldır.

Xroniki bronxitin qarşısını alır. Gündə 2-3 stəkan süd içən insanlarda bağırsaq problemlərinə, hətta bağırsaq xərçənginə çox rastlanmadığı görülüb. Süd içən insanlarda xroniki bronxit rastlanmır.

Osteoporoza qarşı. Ən sıx görünən sümük xəstəliyi olan Osteoporozla bağlı 50 yaşından sonra 2 qadından biri, 4 kişidən birində qırıqlar olur. Bol kalsium və D vitamini qəbul etmək lazımdır. Süd kalsiumu ödəyir.

Xolesterolu aşağı salır. Heyvan mənşəli qidalardan bədənimizə xolesterol alırıq. Qanda xolesterol səviyyəsi yüksək olduğu üçün ürək xəstəliklərinə yoluxma və infarkt riski yüksək olur.

Süd necə istifadə edilməlidir?

Südü bir gün ərzində için, saxlamayın.

4-5 dəqiqə qaynadın, şüşə qabın içində saxlayın. Təmiz olmayan süd vərəm, brüselloz, quduzluq kimi bir çox xəstəlik yoluxdura bilər. Pasterizə edilməmiş südü 4-5 dəqiqə qaynadın.

Dükandan aldığınız südü soyuducuda 2 gündən çox saxlamayın. 2 gün ərzində için.
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 24 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri