Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Makaron haqqında bilmədiklərimiz
Makaron haqqında bilmədiklərimiz
Göndərən: emis
Şərhlər: 18
Baxılıb: 3204
Səs ver:
1. İnsanların bir çox hissəsi hesab edir ki, makaron məmulatlarının (makaron, vermişel, spaqetti və s.) qəbulu kökəlməyə səbəb olur. Lakin bu yanlış məlumatdır.

Makaron azkalorili məhsuldur. 100 qr makaronun enerji dəyəri 300-400 kalori təşkil edir. Lakin söhbət quru makarondan gedir. Bişirilmə zamanı makaron çoxlu miqdarda su canına çəkir ki, onun həcmi bir neçə dəfə böyüyür, kalorilərin miqdarı isə artmır.

Əgər insan makaron məmulatlarını az miqdarda bitki yağı və tərəvəzlərlə qəbul edirsə, bu heç zaman kökəlməyə səbəb olmayacaq. Məhz bu səbəbdən makaron hal hazırda dəbdə olan aralıq dənizi pəhrizinin ayrılmaz hissəsidir.

Əksinə isə makarona kotlet, qulyaş, sosis, yağlı souslar əlavə olunduqda yemək çox kalorili olur. Belə qidaların tez-tez qəbul olunması kökəlməyə səbəb olur.
Beləliklə, makaron yox, makaronla birlikdə qəbul olunan yağlı qidalar kökəlməyə səbəb ola bilər.

2. Makaron bir çox insanların fikirinə görə az xeyirli məhsuldur. Lakin bu da yanlışdır. Makaron buğda unundan hazırlanır. Makaronun tərkibinə zülal, B qrupu vitaminləri, mürəkkəb karbohidratlar kimi faydalı maddələr daxildir. B qrupu vitaminləri sinir, ürək-damar və orqanizmin digər sistemləri və orqanları üçün olduqca vacibdir.

Makaron məmulatlarının tərkibində olan sellüloz (təbii liflər) bağırsaqların fəaliyyətinə müsbət təsir edir, bağırsaqları orada yığılan ziyanlı maddələrdən təmizləyir.

Karbohidratlar bizim orqanizmimizdə "yanacaq" funksiyasını yerinə yetirir. Mürəkkəb karbohidratlar sadə karbohidratlarla müqayisədə orqanizm tərəfindən daha uzun müddət ərzində mənimsənilir və nəticədə insan özünü uzun müddət ərzində tox hiss edir. Bu isə kökəlmənin qarşısını alır.

3. Makaron ekoloji təmiz məhsul sayılır. Bu məhsulların hazırlanması zamanı konservant, rəngvericilər və s. kimi ziyanlı maddələr istifadə olunmur. Tez bişirilən vermişel ("lapşa") istisnadır. Bu məhsulun tərkibində külli miqdarda dad və rəngvericilər və s. ziyanlı maddələr var. Bu səbəbdən belə məhsulları qəbul etmək olmaz.

4. Ən faydalı makaron buğdanın bərk növlərindən hazırlanır. Belə makaronların səthi hamar olur, səthində qara nöqtələr ola bilər, makaron qızılı və ya kəhrəba rəngində olur, makaron paçkasında qırıntılar olmur. Paçkanın üzərində "A qrupu" ("Группа А"), "durum", "buğdanın bərk növləri" ("пшеница твердых сортов"), "semolina di grano duro" kimi yazılar olur.

5. Xüsusi müalicəvi makaron növləri mövcuddur. Onların hazırlanması zamanı buğda kəpəyi, vitaminlər, düyü və ya qarabaşaq unu əlavə olunur.

Şərhlər: 18
Baxılıb: 3204
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
makaronu xosluyuram etli pamidorlu sousla
10 mart 2015 00:48
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sona
Makaronu sevirem ancaq kokeltdiyini bilirdim burda ise kokeltmir yazilib
3 mart 2015 01:52
# 17
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
ece uslu
en sevdiyim qidadi
2 mart 2015 23:54
# 16
Qlamurr
Makaron sevdiyim yeməkdi,qiymə və qatıqla ləzzətli olut,ancaq kökəltdiyinə görə mama gec-gec bişirir...
2 mart 2015 23:33
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
kespixo
Coox xowluyuram makaronu.imumiyetle xemir yemeklerini cox sevirem.makaronuda hemiwe qiymeyle biwirib qatiram.ama heleki kokeltmir meni
2 mart 2015 23:26
# 14
KRALİCEM
Makaron deme eyty urek dee
2 mart 2015 23:02
# 13
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
isveç.de
Az qala həftədə 2, 3, dəfə makaron pişirirəm. Kalpasada doğruyub ona qatıram keçp qatıb yeyirəm.
2 mart 2015 22:39
# 12
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
naxçıvan balası
Makoronu çox sevirem günde üç evine yesem doymaram ,mende ele bilirdim kökeldir demek sef bilgiymiş ,melumat üçün teşekürler 08
2 mart 2015 22:19
# 11
Aysel Tatli
En cox sevdiyim yemekdir amma cox yeye bilmirem kokeldir
2 mart 2015 21:59
# 10
Nergız33
Olürem makaroncun ama onu yağda qeşenğ qızardırsana oncun suda yox
2 mart 2015 21:49
# 9
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
AYKA-ISI
makaronu helede sevmirem tewekkurler
2 mart 2015 21:44
# 8
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
lili)
cox sevirem makaronu yemekle doymuram
2 mart 2015 21:31
# 7
aziz a
Men sevirem makaronu, herden ele dolurki, ureyime...
2 mart 2015 21:30
# 6
Böyük Rebbim sen özün kömek ol hamıya....
qanadli melek
Makaronu cox sevirem her gun yesemde doymuram
2 mart 2015 21:00
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
xeyalperest
Makoronu cox sevirem xususende qatiqla
2 mart 2015 20:43
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
Makarondan hazırlanan yeməkləri sevirəm ancaq çox az-az bişirirəm kökəltdiyinə görə...
2 mart 2015 20:15
# 3
krisa
Makorondur,vermeseldir menim sevimli yemeklerimden biridir.Kokelme problemi olmadigi ucun mende,men etle yeyirem.
2 mart 2015 20:04
# 2
BARBI
Mmm makaronu cox sevirem her gun olsa yeyerem
2 mart 2015 20:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz