Enerjimizi alan qidalar

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 3 177
Səs ver:
(səs: 2)
Yorğunluq, xüsusilə qida qəbulundan sonra süstlük kimi hallarla tez-tez rastlaşırıq. Heç bir fiziki və zehni əməklə məşğul olmadan, ən əsası, gecənin normal istirahətindən sonra belə xoşagəlməz hallar yarananda səbəbini heç cürə aydınlaşdıra bilmirik.

Yuxu pozğunluğu, fiziki və zehni gərginlik olmadan insan yorğunluğunun əsas səbəbi düzgün qidalanmamaqdır. Bəzi qida məhsulları və içkilər var ki, onlar insanın həyat gücünü, enerjisini alır.

1. Un və makaron məmulatları.
Bu qida məhsullarında olan yanlış düşündüyümüz "tez mənimsənilən" karbohidratlar qanda qlükozanın səviyyəsinin kəskin artımına gətirib çıxarır. Bu da öz növbəsində, səhhətinin və əhval-ruhiyyənin sürətlə dəyişməsi təhlükəsini yaradır, süstlüyə səbəb olur.

2. Alkoqollu içkilər.
Spirtli içkilər orqanizmdə susuzluq yaradır. Maye qəbul edilsə də, orqanizmin suya tələbatının təmin olunması çətinləşir. Bununla yanaşı orqanizm alkoqolun qalıqlarını çıxarmaq üçün də əlavə enerji sərf edir. Son nəticədə bir-iki saatlıq sərxoşluqdan sonra orqanizm enerji itkisi ucbatından taqətdən düşür, yorulur, süstləşir.

3. Duz.
Duzdan artıq istifadə etmək də spirtli içkilər kimi mənfi təsir göstərir. Duz hüceyrələrin quraqlığına səbəb olur ki, bu da orqanizmin fəaliyyətində gərginlik yaradır. Həmçinin duzun yaratdığı susuzluq yorğunluq və süstlüklə nəticələnir.

4. Qızardılmış yeməklər.
İstənilən qida məhsulu qızardılmış halda orqanizm tərəfəndin çətin mənimsənilir və gec həzm olunur. Bunun nəticəsində də əlavə enerji sərf olunur. Qızardılmış yeməklərin qəbulundan sonra yaranan süstlüyün səbəbi də elə budur.

5. Sirniyyat.
Şirniyyat məmulatları qanda qlükozanın səviyyəsini artırır, tez bir zamanda orqanizmə hədsiz doyum təsiri göstərir ki, bu da yorğunluq yaradır, süstlüyə səbəb olur.

Bütün bunlar bir daha sübut edir ki, düzgün qidalanma insanın sağlamlığı, əhval-ruhiyyəsi və xarici görünüşünə bilavacitə təsir göstərir. Əgər özünüzü gümrah hiss etmək istəyisinizsə yuxarıda göstərilən qida məhsullarından məhdudiyyətlə istifadə edin və ümumiyyətlə rasionunuza daxil etdiyiniz qidaların seçimində diqqətli olun.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri