Vitaminlər haqqında

Müəllif: adsiz-a
Şərhlər: 12
Baxılıb: 4 986
Səs ver:
(səs: 4)
Vitaminlər insan orqanizminin normal böyüməsində və inkişafında mühüm əhəmiyyət kəsb edir. İnsan vitaminləri, bitki və heyvan mənşəli qidalar vasitəsilə alır.
A vitaminini bəzən böyümə vitamini də adlandırırlar.Orqanizmdə A vitamini catışmayanda dərinin quruması,gözün buynuz qişasının tutqunlaşması müşahidə olunur. Uşaqların qidasında A vitamini çatışmayanda, onlarda boy artımı ləngiyir,ağciyərləri və bağırsaqları zədələnir.İnsanda toyuq korluğu əmələ gəlir,belə insanların gecə görməsi zəifləyir.A vitamini ən çox yumurta sarısında,qaraciyər, süd, ispanaq, yerkökü ,yaşıl bibər, pomidor, portağal, ərik qurusunun tərkibində vardır. İnsanın sutqalıq qidasında təxminən 1 milliqram A vitamini olmalıdır.
C vitamini orqanizmdə oksidləşmə-reduksiya prosesində mühüm rol oynayır.Qidada C vitamini çatışmayanda orqanizmdə skorbut xəstəliyi baş verir. Bu xəstəlik zamanı diş əti qanayır, ağızın selikli qişasi zədələnir, oynaqlarda agrılar baş verir. İnsanda qan azlığı baş verir. C vitamini çatışmazliği ən çox, yaz aylarında baş verir.C vitamini ən çox itburnunda, qara qarağatda, limonda, soğanda, portağalda və  bitkilərin yaşıl hissələrində olur.Orqanizmin gündəlik C vitamininə olan ehtiyacı 50-78 milliqram hesablanır.B1 vitamini ən çox karbohidrat mübadiləsinə təsir edir.B1 vitamini çatışmayanda insanda beri-beri xəstəliyi əmələ gəlir və bu zaman sinir sisteminin və ürək damar sisteminin fəaliyyəti pozulur.Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə,yerkökü və almada vardır.

İnsan dərisində günəşin ultrabənövşəyi şüalarının təsirilə D vitamininə çevrilən maddələr vardır.D vitamini çatişmaması uşaqlarda raxit xəstəliyinin yaranmasına səbəb olur. Belə uşaqların böyüməsi ləngiyir sümükləşmə prosesi pozulur. Belə uşaqların qarnı və başı yekə olur, ayaq sümükləri bədənin ağırlığına dözməyib əyilir.Ona görə də belə uşaqlar tez-tez günəş altında olmalıdılar. Uşaq orqanizmi üçün gündə 0,01-0,02 milliqram D vitamini tələb olunur.D vitamini balıq yağında, kərə yağında, yumurta sarısında, qaraciyərdə və başqa qida məhsullarında saxlanılır.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 4 986
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri