Qatığın çoxsaylı faydaları

Müəllif: Sabrina
Şərhlər: 19
Baxılıb: 1900
Paylaş:
Səs ver:
(səs: 7)
Böyüklərin əksəriyyəti təbii süd içə bilmir - bu onlarda köpə, qarın ağrılarına və digər xoşagəlməz hisslərə səbəb olur.

Buna dözümsüzlük deyilir. Məsələ burasındadır ki, əksər insanların orqanizmində süd zülalın parçalanması üçün lazım olan fermentlər istehsal olunmur.

Əksinə isə süddən hazırlanan qatıq, ayran, süzmə və s. kimi məhsullar orqanizm tərəfindən  yaxşı və asan mənimsənilir və əksər hallarda heç bir xoşagəlməz hisslərə səbəb olmur. Bunun səbəbini izah edək. Bu məhsulların tərkibində olan süd zülalı parçalanmış vəziyyətdə olur ki, bu da onun mənimsənilməsini asanlaşdırır. Belə ki, bu məhsulların tərkibində olan faydalı maddələrin 90%-i orqanizm tərəfindən mənimsənilir, süddə olan xeyirli maddələrin bir çox hissəsi isə əksinə orqanizm tərəfindən mənimsənilmir.

Bəzi həkimlərdən hətta eşitmək olur ki, təbii süd insan orqanizminə (böyüklər nəzərdə tutulur) heç bir fayda vermir, lakin süddən hazırlanmış müxtəlif məhsullar (qatıq, süzmə, pendir, kəsmik və s.) isə əksinə çox faydalıdır.

Dahi rus fizioloqu İ.İ.Meçnikov uzun müddət ərzində insanın qocalma proseslərini və onların səbəblərini araşdırırdı. Bu araşdırmaların nəticəsində fizioloq belə bir nəticəyə gəldi ki, insanın bağırsaqlarında yaşayan çürüdücü bakterilər orqanizmi daim zəhərləyir, qocalma proseslərini sürətləndirir və müxtəlif xəstəliklərin inkişafına təkan verir. Bundan əlavə Meçnikov müəyyən edib ki, lakto- və bifidobakterilər bu ziyanlı bakterilərin artmasına mane olur.

Süd məhsulları lakto- və bifidobakterilərin əsas mənbəyidir. Belə ki, qatığın daim qəbulu bağırsaqların mikroflorasına çox müsbət təsir edir - burada "yaşayan" ziyanlı mikrobların çoxalmasına mane olur, xeyirli mikrofloranın əmələ gəlməsinə və çoxalmasına isə kömək edir. Bildiyimiz kimi, insan bağırsaqların normal mikroflorası immun sisteminin effektli fəaliyyəti üçün çox vacibdir. Beləliklə, qatığın daim qəbulu insanın immun sisteminə də müsbət təsir edir.

Qatıq həzm proseslərini yaxşılaşdırır, iştahanı artırır.

Qəbizlikdən, disbakteriozdan əziyyət çəkən insanlar mütləq qatıq qəbul etməlidir. Qatıq bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizədə kömək edir.

Qatığın tərkibində həmçinin təbii antibiotiklər, süd turşusu, zülallar, yağlar, fermentlər var. Süd turşusu təbii antibiotik sayılır. Bu maddə ziyanlı bakterilərin çoxalmasına mane olur. Məhz bu səbəbdən qatıq təbii südlə müqayisədə daha uzun müddət ərzində təzə qalır, xarab olmur və süddən fərqli olaraq adətən zəhərlənmələrə səbəb olmur. Qatığın tərkibində olan təbii antibiotiklər bu məhsulun sterilliyini təmin edir.

Zəhərlənmədən bir müddət sonra həkimlər qatıq, ayran, dovğa kimi məhsulları qəbul etməyə icazə verir. Bu zədələnmiş bağırsaqların daha tez bərpa olunmasına kömək edir.

Qatıq kalsiumla zəngindir və bu kalsium qatıqdan orqanizm tərəfindən çox asan mənimsənilir.

Kalsiumdan əlavə qatıqda A, E,D, B qrupu vitaminləri, fosfor, maqnezium, əvəzolunmaz aminturşular var. Bütün bunlar insan orqanizmi üçün çox vacibdir.

loading...
(səs: 7)
Şərhlər: 19
Baxılıb: 1900
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Seher
Qatigi sevirem
15 avqust 2015 21:09
19
1
Offline
aytil
zeherlenmeni esitmisem
23 aprel 2015 13:50
18
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Offline
Nergız33
Qadıqın südden xeyrli olduğunu bilirdim
23 aprel 2015 02:35
17
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
emis
faydalari olduqca cox imis. bezilerini bilirdim.q umumiyyetle agartinin hamsi faydalidi men cox istifade edirem. esasda yemekden sonra qatiq yemek hezm sistemine xeyirdi insani yungullesdirir her yemekden sonra yesek yaxsi olar bizim evde qatiq hec vaxt eskik olmur. mama alanda da bir defeye 2-3 litr alir.tesekkurler
23 aprel 2015 00:10
16
Offline
Zeynep_Fatih
Qatigi sevirem
22 aprel 2015 23:55
15
Offline
Nur k-off
Mende qatigi sevirem amma süzme formasin
22 aprel 2015 23:26
14
SVETA
Offline
Luna-90
Qatiq bizde cox yeyilen erzaqdi
22 aprel 2015 22:40
13
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
vipbetul
xoslamiram,cox nadir hallarda yeyerem
22 aprel 2015 22:23
12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
talis balasi
Qatiq sevirem evdede hemise olur menden cox yoldasim cox sevir
22 aprel 2015 22:08
11
Offline
Catwoman666
qatiqla aram normaldir. amma axrinci defe ne vaxt yediyim bele yadimdan cixib
22 aprel 2015 22:07
10
Viking
Offline
aliceWOnDer
Elədə sevmirəm , amma arada yiyirəm lazımdı
22 aprel 2015 21:58
9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Rusi
qatigi her yemeyden sonra yemey lazimdi
22 aprel 2015 21:44
8
Offline
Tomris Müslümova
berk ve buz kimi qatiq sevirem,ayrandaki hecdaaa vazkecilmezimmm

berk ve buz kimi qatiq sevirem,ayrandaki hecdaaa vazkecilmezimmm

berk ve buz kimi qatiq sevirem,ayrandaki hecdaaa vazkecilmezimmm

berk ve buz kimi qatiq sevirem,ayrandaki hecdaaa vazkecilmezimmm
22 aprel 2015 21:28
7

Sən sadəcə mənimsən...!
Offline
Meleknur
qatig xowlayiram amma bir wey sehv yazilib ki qatik iwtahi artirir eksine cox ariqladir qatiq dehwet men ayran duzeldib icende ve ya qatiq yeyende tez ariqlayiram
22 aprel 2015 21:21
6
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
qanadli melek
Qatigi cox sevirem.hergece yeyib yatiram
22 aprel 2015 21:11
5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
amazing
Qatiq xoslayiram ve faydali olduqunuda bilirdim
22 aprel 2015 20:51
4
Offline
BARBI
Qatigi lap cox sevirem. Mutleq her gun yeyirem
22 aprel 2015 20:35
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Faydaları haqqında məlumatım var və istifadə edirəm, təbii olanından..
22 aprel 2015 20:10
2
Offline
Nezka
Qatığın faydaları çoxdu çox da sevirəm
22 aprel 2015 20:04
1
İçimi görsən mənə aptek alarsan.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv