Göbələklərin faydası

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 3 096
Səs ver:
(səs: 2)
Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar. Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, S, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.

Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər.

Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir.

Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir.

Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.

Bundan əlavə göbələklər xüsusi maddələr - antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir.

ABŞ-nın Milli xərçəng mərkəzinin alimləri sübüt ediblər ki, göbələklərdə xərçəng əleyhinə olan xüsusi maddələr var. Misal üçün, alimlərin fikrinə görə, şampinyonlardan istifadə olunması qadınları süd vəzisi xərçəngindən qoruyur.

Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə kömək edir.  Bütün bu faydalı xüsusiyyətlərlə bərabər, göbələklər kifayət qədər çətin həzm olunur və bu səbəbdən 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək olmaz.

Təzə göbələkləri alandan sonra dərhal bişirmək lazımdır. Əks-halda onlar öz müsbət xüsusiyyətlərini tez bir zamanda itirirlər.

Məhz ekoloji cəhətdən təmiz torpaqda yetişən göbələklər istifadə oluna bilər.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 3 096
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri