Xərçəng riskini artıran 10 qida

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3340
Səs ver:
(səs: 3)
Bəzi alimlərin fikrincə, günlük qəbul etdiyimiz qidaların bir çoxunun əslində xərçəng xəstəliyi riski daşıdığının çoxlarımız fərqində deyilik. Bəs bu qidalar hansılardır?

Mikrodalğalı sobada partladılmış qarğıdalı (popkorn)
Əlverişli olmasına baxmayaraq mikrodalğalı sobada partladılmış qarğıdalının tərkibində yüksək dərəcədə kanserogen maddələr mövcuddur. Bu, xüsusilə qadınlarda uşaq dünyaya gətirmədə, böyrək, qaraciyər kimi orqanlarda xərçəng riskini artırır.

Rafinə edilmiş şəkər və meyvəli qazlı içkilər
Jeleli konfetlər və buna bənzər şəkərli qidalar xərçəng hüceyrələrinin inkişafını yüksəldir. Xüsusilə tortlar, qazlı içkilər və meyvə suları qadağa olunmuş qidalar sırasında ilk yerlərdədir.

Cipslər
Ləzzətli olduqları qədər yüksək kalori və trans yağlar ehtiva edən bu tip qəlyanaltılar urək xəstəliklərindən tutmuş xərçəngə qədər bir çox xəstəliklərə yol aça bilər.

Emal edilmiş ağ un
Rafinə edildikdən sonra emal edilən ağ un qida dəyərlərini itirməklə yanaşı tərkibində zərərli kimyəvi maddələr də daşıyır. Yalnız artıq çəki qazanmağımızı təmin edən qida olmaqla kifayətlənməyib eyni zamanda xərçəng riski də daşıyır.

Diyet qidalar
Xüsusilə süni dadlandırıcılar daxil olmaqla diyet qidalara əlavə olunan rəng və dadverici vasitələr bu qidaları sağlamlıq üçün təhlükəli qidalar sırasına daxil edir.

Süni dadlandırıcılar
Şəkərdən istifadə etmirsinizsə, süni dadlandırıcılara üstünlük vermiş ola bilərsiniz. Lakin bilinənin əksinə olaraq bu dadlandırıcılar qanda şəkərin miqdarına nəzarət olunmasını çətinləşdirir və beyin şişlərinə belə səbəb ola bilir.

Hisə verilmiş, duza qoyulmuş və duzlu yeməklər
Bu qidalar həzm edildikdə zot turşusu, n-nitrozo deyilən birləşmə əmələ gətirərək xüsusilə mədə və qalın bağırsaq xərçənginə yol aça bilər.

Alkoqollu içkilər
Yaxın zamanda aparılan bir araşdırmaya görə, klimaks dövründən sonra gündə bir dəfə alkoqollu içki qəbul edən qadınların döş xərçənginə yaxalanması riski 30% daha artıqdır.

Emal edilmiş ət
Sosis, vetçina, salyami kimi ətlərin əksəriyyətinin tərkibində yüksək miqdarda duz və kimyəvi maddə vardır. Bir araşdırmaya əsasən, müntəzəm olaraq bu qidalardan qəbul edən insanların erkən ölüm riski 43% artıqdır.

Fermada yetişdirilən qızıl balıq (somon balığı)
Fermalarda yetişdirilən və təbii şəkildə bəslənməyən qızıl balıqlar bütün faydalı xüsusiyyətlərini itirərək tərkibində olan kimyəvi maddələr və antibiotiklərlə xərçəng xəstəliyinin yaranmasına yol aça bilərlər.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3340
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 745
Xəbər sayı: 0
beasloove
Cipsiden baska hecbirini yemirem. baloncuk
19 noyabr 2015 21:23
8
Şərh sayı: 12312
Xəbər sayı: 0
tatyana
Hamisi dogrudu,yaranan butun xestelikler ele aldigimiz qidalardan emele gelir,indi tebii ne varki hersey suni yetisdirilmis,dermanla,aparatla yetisdirilir
9 avqust 2015 09:03
7
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 81246
Xəbər sayı: 30
BARBI
En cox cipsleri yeyirem. Ne qeder xerceng riski yaratsada tergitmek olmur. Insanda asililiq yaradir
9 avqust 2015 02:20
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
bele seylere ınanmaq duzgun deyıl o qeder saqlam qıdalananlar varkı xesdelıklerını de tuturlar
9 avqust 2015 00:00
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 2457
Xəbər sayı: 1257
my_angel
Cipsləri çox sevirəm,amma heyif ki xərçəng riskini artırır(
8 avqust 2015 23:29
4
Şərh sayı: 16534
Xəbər sayı: 1522
Tomris Müslümova
Amma çox təəssüfki istifadə edirik indi burda ziyanı haqqında oxuduq amma sabah ürəyimiz istəsə oxuduqlarımız yadımıza belə düşmədən marketə qaçağıq..elə mən özüm çipsi yeməsəm ürəyim partlıyar çox sevirəm
8 avqust 2015 23:20
3
Mənim olan bu heart səni çox sevir!!!
Şərh sayı: 16077
Xəbər sayı: 587
emis
Yasadigimiz muhitede xeyirli qida tapmaq cetindi. Ozumuzu qorumalyiq bunlardan nefisimize yiye cixmaliyiq herseyden xosumuz gelir deye onu yememeliyik yemek ucun deyil yasamaq ucun yemeliyik biz. Duzdu Allah alnimiza ne yazibsa odu ama biz ele dususub her onumuze geleni yeyib omurumuzu bitirmeli deyilik bu bize derman deyilki bunlari yeyek bacardigim abur cuburlari yememeye calisiram ozum hecvaxt almiram usaqlar alanda onlarla azca yeyirem qazli ickilerlede hec aram yoxdu menim ancaq sudu Allah herkese komey olsun xeselikleri uzaq etsin bizden.
8 avqust 2015 23:10
2
Şərh sayı: 4827
Xəbər sayı: 1260
Narın Yağış
Popcorn hazırlıyıram ama sobada yox 08
8 avqust 2015 20:32
1
Düşsən üstündən keçəcək insanlar var...

Ayaqda qal...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri