Şəkər tozunun səbəb olduğu 10 təhlükə

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 3 051
Səs ver:
(səs: 1)
Meyvələrin və o cümlədən də gün ərzində yediyimiz bir çox təbii məhsulun içərisində şəkər var. Ona görə də, əlavə şəkər qəbul etmək lazım deyil. Halbuki, bir çox insan çaya bir neçə qaşıq şəkər tozu əlavə edir, içərisində bol miqdarda şəkər olan şirniyyatlar yeyir, marketlərdə satılan tərkibi şəkərlə zəngin olan meyvə suları və qazlı içkilər içir.

Ancaq şəkər tozunun insan sağlamlığına vurduğu zərərlərdən xəbərdar olsanız, bu ağ zəhərdən uzaq durarsınız.

1.Ömrü qısaldır
Araşdırmalar zamanı şəkərli qidalar yedizdirilən siçanların normaldan daha az yaşadıqları məlum olub.

2. Sonsuzluq yaradır
ABŞ-da aparılan araşdırmalar göstərib ki, şəkər tozu verilən siçanlar nəsil artıra bilmirlər.

3. Aclıq yaradır
Qaraciyər ancaq meyvə kimi qidaların tərkibindəki təbii şəkəri tanıyır. Süni şəkər, yəni şəkər tozu insulin istehsalına kömək edə bilmədiyi üçün, beyinə toxluq siqnalının getməsinə mane olur. Beləliklə, insan özünü mütəmadi olaraq ac hiss edir.

4. Daxili orqanlarda və bel bölgəsində yağlanmağa səbəb olur.
Qaraciyər süni şəkəri parçalayıb enerjiyə çevirə bilmir. Ona gərə də, bu şəkər bədəndə yağ formasında toplanır.

5. Köklüyə səbəb olur
Beyinə toxluq siqnalı getmədiyi üçün insan mütəmadi olaraq yemək istəyir. Bu da həddən artıq kalori almağa və köklüyə gətirib çıxarır.

6. Ürək və damar problemləri
İflic, insult kimi təhlükəli vəziyyətlərə, həmçinin ürək və damar xəstəliklərinə səbəb olur.

7. Sirroz
Qaraciyər yağlanmasına və sirroza səbəb olur.

8. Şəkər xəstəliyi
"Global Public Health” adlı nüfuzlu sağlamlıq jurnalında yayımlanan araşdırmaya görə, həddən çox şəkərli qidalar yemək şəkər xəstəliyinə gətirib çıxara bilər.

9. Xolesterin
Xolesterinin səviyyəsinin yüksəlməsinin əsas səbəbkarlarından biridir.

10. Mədəaltı vəzin xərçəngi
Daxili orqanların yağlanmasına səbəb olduğu üçün mədəaltı vəzin xərçənginə gətirib çıxara bilər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 051
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri