Ömrü uzadan giləmeyvə

Müəllif: emis
Şərhlər: 12
Baxılıb: 1570
Paylaş:
Səs ver:
(səs: 1)
Şərqdə bu giləmeyvə hələ qədim vaxtlardan çox məşhurdur. Şərqdə tutu "şah giləmeyvəsi", "ömür uzadan giləmeyvə" adlandırırdılar.

Hələ qədimdə bu giləmeyvə, onun yarpaqları, kökləri və ağacının qabığı müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunurdu. Məşhur Avisenna bu giləmeyvəni yaşlı insanlar üçün xüsusilə xeyirli hesab edirdi.

Tut bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Tutun tərkibində müxtəlif orqanik turşular, fruktoza, qlükoza, efir yağları, A,C, K, B qrupu vitaminləri, fol turşusu, beta-karotin, fosfor, kalium, maqnezium, kalsium, dəmir, sink var.

Belə zəngin tərkib tutu insanın bir çox orqan və sistemləri üçün xeyirli edir.

Kalium, maqnezium və dəmir ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Bu səbəbdən tut ürək-damar sisteminə çox müsbət təsir edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.

Qara tut qanın tərkibinə də çox müsbət təsir edir, orqanizmin qanyaradan funksiyasını gücləndirir. Anemiyalardan (qanazlığı) əziyyət çəkən insanlar bu giləmeyvəyə mütləq fikir verməlidir.

Sübut olunub ki, tut (həm qara, həm ağ) orqanizmə iltihabəleyhinə təsir edir, immun sistemini möhkəmləndirir.

Tutun şirəsi çox faydalı məhsuldur. İnfeksion və soyuqdəymə xəstəlikləri zamanı tutun şirəsi xəstənin vəziyyətini yaxşılaşdırır, sağalmanı sürətləndirir.

Tut yumşaq sidikqovucu təsirə malikdir. İltihabəleyhinə təsiri ilə birlikdə bu tutu böyrək, sidik kisəsi və sidik yolları ilstihabları zamanı çox xeyirli edir.

Həmçinin tut (həm qara, həm ağ) qəbizlik zamanı da çox yaxşı kömək edir - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, gücləndirir, bağırsaqları yaxşı təmizləyir.

Tut sinir sistemi üçün də xeyirlidir - sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, baş ağrılarını azaldır. Əqli fəaliyyəti ilə məşğul olan insanlara tut xüsusilə xeyirlidir - tut beyinin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır.

Tutun yarpaqları da çox güclü müalicəvi xüsusiyyətlərə malikdir. Tutun yarpaqlarının dəmləməsi bronxit və ağ ciyər iltihabları zamanı çox xeyirlidir - iltihabı azaldır, bəlğəmgətirici təsir edir.

Şəkərli diabet xəstələrinə də belə dəmləmə xeyir gətirər - dəmləmə qanda şəkərin səviyyəsini aşağı salır. Həmçinin tutun yarpaqlarının dəmləməsi ödemləri azaldır, arterial təzyiqi tənzimləməyə kömək edir, baş ağrılarını azaldır.

Nəzərinizə çatdıraq ki, tut allergik reaksiyalara səbəb ola bilər. Şəkərli diabetdən əziyyət çəkən insanlar bu giləmeyvəni yeməməlidir (tərkibində çoxlu miqdrda qlükoza və fruktoza var). Həmçinin bu giləmeyvədən süi-istifadə mədə və bağırsaq problemlərinə (ishal, köp və s) səbəb ola bilər. Gün ərzində 200-300 qr tut yemək kifayətdir.

loading...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 1570
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
meni_gozle
qara tut mende cox sevirem...faydali melumata gore tewekkurler
11 avqust 2015 18:21
12
Offline
Catwoman666
tut sevirem amma bu il tut coooooooox azzzz yemisem.
20 iyul 2015 13:24
11
Viking
Offline
ayka95
cox sevirem
19 iyul 2015 15:53
10
Offline
Dosta_inam
Sitat: WiRiN BaLaM
3 ildi hesret qalmışam tuta ciyy özüde çox sevdiyim meyvedi


Caaaan, qorxma ele mende cox sevirem, ancaq mende hesretem.
19 iyul 2015 09:51
9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Laliçqaa
Demek olarki bu yay ancaq tut yedim.Tutu cox sevirem. Ve xeyirli oldugunuda bilirdim
19 iyul 2015 02:26
8
Offline
Nergız33
Tutun bu qeder faydalı olduğunu bilmirdim . Mende qanazlığı var mene lazımdır olsada yesem
19 iyul 2015 01:37
7
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
WiRiN BaLaM
3 ildi hesret qalmışam tuta ciyy özüde çox sevdiyim meyvedi
19 iyul 2015 00:31
6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
BARBI
Tut hec yeyen deyilem hetta nifret edirem desek yeridir. Cox faydali gilemeyvedir.
18 iyul 2015 23:40
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
lelos
Bizdede var amma bele faydasi olduqunu bilmirdim
18 iyul 2015 22:00
4
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Dj_Vampir
Bu gilemeyveni yeyenden sonra qarnim agriyir ve barmaqlarim qaralir((
18 iyul 2015 20:40
3
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
qanadli melek
Bu wekileki tutdan bizim mehlede var bele xeyirli oldugunu bilmirdim
18 iyul 2015 20:32
2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
vipbetul
faydalı melumatdı
18 iyul 2015 20:28
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv