Orucluykən susatmayan yemək və içkilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 540
Səs ver:
(səs: 2)
Üzü isti yay günlərinə getdiyimiz bu günlərdə oruc tutmaq bir xeyli çətinləşir. Fəqət, bu ibadət, təslimiyyət Allah rizası olduğu üçün oruc tutan hər bir həmvətənizə Allah özü də dəstək olur. Hər birinizin oruc və dualarınız qəbul olunsun. Biz də bu yazımızla ağzıoruclu iman qardaşlarımıza oruclu ikən daha az su ehtiyacı yaradan yemək və içkilər haqqında məlumat verməyi özümüzə borc bildik.
Məlumdur ki, Ramazan ayında oruc tutan insanları aclıqdan daha çox susuzluq təqib edir. Axşam azanı ilə birlikdə yeməkdən əvvəl bir çox adam soyuq su içir ki, susuzluğun şiddət etdiyinin göstəricisidir.
Bunu hər gün hiss etdikcə obaşdanlıqda susuzluq ehtiyacını ən az səviyyəyə salan ərzaqlara üstünlük verməlisiniz. Bunu nəzərə alaraq obaşdanlıq(sahur) və iftar süfrələrinizdə diqqət yetirməniz lazım olan bir neçə məsləhətimizi diqqətinizə çatdırırıq.

Susatmayan yemək və içkilər nələrdir?
Qızartmalar və yağlı yeməklər yeməkdən imtina edin. Bunun yerinə daha yüngül və yağsız qidalara üstünlük verin.
Sahurda ağır yeməklərdənsə yüngül qəhvəaltılar, tərəvəz və meyvələr yeyin.
Sahurda əvvəlki öynədən, daha öncəki gündən qalan yeməklərdən uzaq durun.
Bədənin maye ehtiyacını təkcə sahur zamanına buraxmamalıyıq.İftardan sonra gündəlik 2.5 litr su ehtiyacımızı müəyyən fasilələrlə qəbul etməliyik.
Sahurdan sonra dişlərimizi dərhal fırçalamalı və ağız boşluğumuzda qalan qida artıqlarını təmizləməliyik.
Oruc açıldıqdan sahur bitənə qədər bədənin gündəlik su təminatını hökmən ödəyin.
Orucluğun davam etdiyi günlərdə qarpız, şaftalı, üzüm kimi bol sulu meyvələr sahur və obaşdanlıqda diqqətdən qaçmamalıdır.
Ev istehsalı olan kampot və şirələrə üstünlük verin. Bunlar da sizi sərinlətməklə gün ərzində susuzlu dözümünüzü artıracaqdır.
Şaftalı: Bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Bağırsaqları yumşaldır. Həzmi asanlaşdırır. Susuzluğu və ağız qoxusunu aradan qaldırar. Dərini nəmləndirir dodaqlara sürtüldüyündə nəmləndirici xüsusiyyəti ilə oruc tutanların dodaqlarının qurumasının qarşısını alır.
Biyan şərbəti: İmmunitet sistemini gücləndirən və isti havalarda qazlı içkilərin yerinə seçim edilməsi lazım olan və susuzluğu gün ərzində aradan qaldıran nadir içkilərdən biridir.
Qara üzüm: Antioksidan xüsusiyyəti çox qüvvətli olan qara üzüm də susuzluğu aradan qaldıran qidalarındandır.
Qovun və qarpız: Yaz meyvələrindən olan qovun və qarpız da sahurda soyuq olaraq istehlak edildiyində uzun müddət su içmə ehtiyacını aradan qaldırır.
Ev istehsalı olan duzsuz qatıq da susuzluğu aradan qaldıraraq isti günlərində oruc tutanlara dəstək olacaqdır.
Pomidor: Yüzdə 95 nisbətində su ehtiva edən pomidor, sərinlədən bir tərəvəz hesab olunur. Pomidorda bol miqdarda maqnezium, kalium və kalsium, ayrıca vitamin və lif var.
Xurma: Bol miqdarda kalium, maqnezium və dəmir ehtiva edən xurma hərəkət edənlərin xərclədiyi enerjini sürətlə bərpa edir. Çöl meyvəsi xurma da susuzluğu aradan qaldırır.
Mədən suyu: Təbii mineral sularda, natrium, maqnezium, kalsium kimi qiymətli katyonlar, ayrıca xlorid, sulfat, nikrat və hidrogen karbonat kimi komponetlər var.
Soda da susuzluğu aradan qaldırmaqda olduqca təsirli bir vasitədir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 540
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri