Oruc tutarkən susuzluğu aradan qaldıran qidalar

Müəllif: aliceWOnDer
Şərhlər: 6
Baxılıb: 2 942
Səs ver:
(səs: 2)
Ramazan ayının yayın isti günlərinə dəng gəlməsi, sərinlədən və susuzluğu aradan qaldıran qidaları da gündəmə gətirdi.
Oruc tutacaq olanların çətinlik çəkməmələri üçün sərinlədən qidalar qəbul etmələri lazımdır. Sahurda istehlak olunan bəzi qidalar sayəsində oruc tutarkən susuzluğu minimuma endirmək mümkündür.
İşdə oruc tutacaqlar susuzluğunu aradan qaldıracaq olan bəzi qidalar:
Şaftalı: Bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Bağırsaqları yumşaldır. Həzmi asanlaşdırır. Susuzluğu və ağız qoxusunu aradan qaldırar.
Dərini nəmləndirir dodaqlara sürtüldüyündə nəmləndirici xüsusiyyəti ilə oruc tutanların dodaqlarının qurumasının qarşısını alır.
Qara üzüm: Antioksidant xüsusiyyəti çox qüvvətli olan və yaz aylarında asanlıqla əldə edilən qara üzüm də susuzluğu aradan qaldıran qidaların başında gəlir.
Qovun və qarpız: Yay meyvələrindən olan qovun və qarpız da sahurda soyuq olaraq istehlak edildiyində uzun müddət su içmə ehtiyacını aradan qaldırır.
Ev istehsalı qatıq: Evdə hazırlanacaq olan duzsuz qatıq da susuzluğu aradan qaldıraraq yayın isti günlərində oruc tutanlara asanlıq təmin edir.
Pomidor: Yüzdə 95 nisbətində su ehtiva edən pomidor, sərinlədən bir tərəvəzdir. Pomidorda bol miqdarda maqnezium, kalium və kalsium, ayrıca vitamin və lif var.
Xurma: Bol miqdarda kalium, maqnezium və dəmir ehtiva edən xurma adətə bir mineral qaynağıdır. İdman edənlərin xərclədikləri enerjini sürətli bir şəkildə yenidən verir. Çöl meyvəsi xurma, susuzluğu da aradan qaldırır.
Mədən suyu: İçməli suyla müqayisədə mədən suyunda, natrium, maqnezium, kalsium, xlorid, sulfat, nitrat və hidrogen karbonat kimi qiymətli minerallar var.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri