Dərinin qaralması və təbii parıltı əldə etməsi üçün bunları yeyin

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 4 979
Səs ver:
(səs: 2)
Aparılan araşdırmalar bəzi qidaların dərinin qaralmasında təsirli və faydalı olduğunu sübut edir.

Qırmızı kahı: Qırmızı kahının tərkibinə bol miqdarda beta karotin və A vitamini daxildir. Odur ki, sağlam qaralmaq və dərinin parıldaması üçün qırmızı kahı təklif edilir.

Yerkökü: Yerkökünün tərkibində olan beta karotin dəriyə təbii parlaqlıq verir. Çiy yedikdə dəri üzərində təsiri daha çox olur.

Çuğundur: Çuğundurun tərkibinə A vitamini daxildir. O bədənin melanin piqmenti istehsal etməsini təmin edir. Melanin dərinizə tünd görünüş verir. A vitamini dərinin gəncliyini qoruyur.

Pomidor: A vitamini, beta karotin və E vitamini ilə zəngin olan pomidor dərinin daha gözəl görünməsini və qaralmasının daimi olmasını təmin edir.

Manqo: Yüksək miqdarda beta karotin və E vitamini ehtiva edən manqo melanin istehsalını dəstəkləyir. Bundan başqa, dəridəki qırış və cizgilərin əmələ gəlməsinin qarşısını alır.

Qaysı: A vitamini ehtiva edən ərik də melanin istehsalını dəstəkləyir. Melanin qaraldıcı məhsullarda olan piqmentdir. Dərinin qaralmasının daimi olması üçün ərik yeyin.

Balqabaq: Balqabağın tərkibindəki beta karotin dəridə piqmentlərin qaralmasını asanlaşdırır,  E vitamini isə dərinin parıldamasını təmin edir.

Yumurta: Çimərliyə getməli olduğunuz ərəfədə yumurta yeyin. Tərkibindəki kalsium sayəsində yumurta daha asan qaralmağı təmin edir.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 4 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri