Bu meyvə infarkt riskini azaldıb görmə qabiliyyətini artırır

Şərhlər: 6
Baxılıb: 6 010
Səs ver:
(səs: 0)
Türkiyəli həkim professor doktor Hüseyn Çelik göyəmin faydalarından danışıb
 
Həkimin sözlərinə görə, göyəm tərkibində ən çox antioksidant olan meyvədir. H.Çelik bildirir ki, göyəm qanı təmizləyir, qan şəkərini və xolesterini aşağı salır.

Göyəm, həmçinin yaşlı insanlarda yaddaş pozğunluğunun qarşısını alır.

"Göyəm uzun müddət təzə qalır. 1 həftə, 10 gün öz vitaminlərini qoruyub saxlayır. Bu meyvə min bir dərdin dərmanıdır desək, yanılmarıq".

Doktor göyəmin gözlər üçün də əsl şəfa qaynağı olduğunu vurğulayır:

"Gecə korluğu, gözlərdə qızarma və qamaşma və göz zəifliyinin qarşısını alır. İltihabı önləyir. Damarlar üçün yararlıdır. İnfarkt riskini azaldır".

H. Çelik bildirir ki, bu meyvənin kalorisi az olduğu üçün kökəlmək qorxusu olmadan bol miqdarda yemək mümkündür.

"Kalorisi azdır. Hər kəs yeyə bilər. Üstəlik, A, C vitamini, kalium, kalsium və fosforla zəngindir".
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri