Ramazanda mədə problemlərini həll edən meyvə

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 904
Səs ver:
(səs: 1)
Türkiyəli diyetoloq Dərya Zünbülcan Ramazanda həkimlərin məsləhətlərinə əməl etməyənlərin mədə problemləri ilə üzləşdiklərini bildirib. Diyetoloq orucun mədə xəstəliklərinə səbəb olmaması üçün bir neçə qaydaya əməl etməyi məsləhət görüb.

Dərya Zünbülcan ilk növbədə bəzi tərəvəz və ədviyyatlardan uzaq durmağı tövsiyə edib:

"Bu Ramazanda insanlar düz 17 saat ac qalacaqlar. Bu da xüsusilə mədə üçün təhlükəlidir. Oruc tutarkən mədədə ağrı, yanğı və qıcqırma hiss edənlər sarımsaq, acı bibər kimi tərəvəzlərdən, darçın, istiot kimi ədviyyatlardan uzaq durmalıdırlar”.

Diyetoloqun sözlərinə görə, iftar yeməyi ən az 3-4 saat çəkməlidir. Belə olduqda mədənin sağlamlığı qorunur:

"İftarda bir anda mədəni ağır yeməklərlə doldurmaq olmaz. İftar yeməyi ən az 3-4 saat çəkməlidir. Bu müddətdə az-az yemək lazımdır”.

Mütəxəssis mədə üçün ən faydalı meyvənin zeytun olduğunu vurğulayıb:

"Mədə üçün ən faydalı qida zeytundur. İftarda və imsakda bir neçə ədəd zeytun yemək sizi mədə problemlərindən xilas edə bilər. Qara zeytun daha faydalıdır. Zeytunu duzsuz yeməyə üstünlük verin”.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 904
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri