Dondurma haqqında bilinməyənlər

Müəllif: Nazlı_qız
Şərhlər: 12
Baxılıb: 1259
Paylaş:
Səs ver:
(səs: 1)
Yaz aylarında ən çox qəbul etdiyimiz qidalardan biri də dondurmadır: şirindir, soyuqdur, yayın bürkülü havasında bir dondurma çiyərlərimizə necə bir sərinlik gətirir. Uşaqlar da ki demə, heç doymaq bilməz. Amma dondurmalar faydalı olduğu kimi, bəzən zərər da gətirə bilir. Odur ki, diqqətli olmalıyıq. Bəs yaxşı dondurmalar hansılar hesab olunur?

Qatqısız dondurmaların faydaları
Qida dəyərləri nəzərə alaraq, qatqısız təbii bir dondurma, südə görə 3-4 qat daha çox yağ, təxminən yüzdə 15 daha çox zülal və 3-4 qat daha çox karbohidrat daxildir. Eyni zamanda qatqısız bir dondurma, sümüklərin başlıca mphkəmləndiricilərindən olan kalsium və fosfor cəhətdən olduqca zəngindir. Süddəki kalsium və fosfor miqdarı süddən daha çox olur: 100 qram dondurma 135 mg kalsium olarkən, süddə bu miqdar 115 mg-dır.

Sənaye üsulu ilə hazırlnan dondurmalar
Sənaye üsulu ilə istehsal edilən dondurmaların istehsalında istifadə vəsaitlərinə fikir versək, dondurmanın istehsalında süd və ya süd tozunun yanında: şəkər, qlükoza siropu kimi şirin maddələr, bitki mənşəli yağ və süd yağı; növünə görə şokolad, kakao, meyvə, qoz-fındıq-fıstıq, karamel kimi qidalar, səhləb və s. aromalar tapılar. Qəbul etdiyiniz dondurmanın içində, süddən daha çox süd tozu, meyvədən daha çox dadlandırıcılar varsa,bu dondurmanın faydalarından çox zərəri var. Çünki bu cür dondurmaların bizə verdiyi "ləzzət” daha çox qatqı maddələri və dadlandırıcılar hesabına olacaq.

Zəifləmək istəyənlərə dondurma da kömək edir
Yaz aylarında arıqlamaq istəyən və ya formasına diqqət edən fərdlərin, gündəlik qidalanma planlarında həddindən çox olmamaq şərti ilə dondurma yeməsi uyğundur. Dondurmanın kalori dəyəri paxlava, tort kimi xəmirli şirinlərə nisbətdə daha aşağıdır və daha qidalı bir seçimdir. Sağlam və balanslı bir qidalanma proqramında həftədə 1-2 dəfə dondurma yeyilməsi məsləhət görülür.

Uşaqlar və dondurma
Təbii və qatqısız dondurma süd, qatıq, pendir kimi qidaları sevməyənlər üçün yaxşı bir variantdır. Xüsusilə uşaqlarda kalsiuma ehtiyac çoxdur, ona görə də uşaqlara dondurma verilməsi məsləhətdir. Ancaq uşağınızın bir yaşı tamam olmayıbsa və bütün qidalarla tanış olmamışsa ( yəni hər cür meyvəni qəbul edərkən problemləri olmayıb ki), dondurma yeməsində diqqətli olmalısınız. Belə etsəniz, uşağınızda olan qida allergiyalarının qarşısını almaq mümkün olur. Gündə 100 qramdan daha çox dondurma yemək uşaqlarda köklüyə səbəb ola bilər. Xüsusilə ana və atalar uşaqlarının dondurma yeməsinin nəzarət altında tutması faydalı olar.

Dondurmanı necə yeyilməli?
Tənəffüs infeksiyası zamanı udlaq və badamcıq iltihablarının müalicə müddətində dondurma yeyilməməlidir. Dondurma açqarına yeyilərsə, iştahanı pozar. Dondurmanı soyuq olduğu üçün birdən udmaq mədə kramplarına və sıxılmalarına səbəb olur. Ən doğrusu, dondurmanın ağızda əridilərək yavaş qəbul edilməsidir.

loading...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 1259
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
meni_gozle
dondurma sevenem ama az-az hallarda yeyirem xestesi deyilem
11 avqust 2015 11:35
12
Offline
ayka
dondurmani cox sevirem yayda serinlemek ucun en gozel usuldur..
5 avqust 2015 20:10
11
İntiqam qoxur ruhum
Offline
ALESSANDRA
Dondurma olmazsa olmazımdır)
her gun yemesem olerem)))
maraqli oldi tsk
5 avqust 2015 18:19
10
Don't trust anyone ∆
Offline
Fialka
Dondurma ən çox qəbul edilən qidalardandır, xüsusilə də yay aylarında ancaq qədərindən çox istifadə və ya yanlış şəkildə qəbul etmək bir sıra fəsadlara səbəb ola bilir. Ona görə də faydalı məsləhətlərdir, təşəkkür.
4 avqust 2015 15:14
9
Offline
vipbetul
Dondurmanında arıqlada bılegeyını ılk defe esıdırem
4 avqust 2015 14:40
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Ayten666
Dondurmadan sonra mutleq qazli su icmeliyem....
4 avqust 2015 14:33
7
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Offline
Catwoman666
Dondurmanı ço..xx sevirəm. yayın olmazsa olmazıdır!

...666...
4 avqust 2015 13:55
6
Viking
Offline
...AdaDunyam``
dondurmani coooox sevirem,dondurmasiz bir gunum olmasin icecream
4 avqust 2015 12:18
5
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
Dosta_inam
Dondurmani cox sevirem, yavas yavas yeyirem, ziyani olsada vazkecilmezdir.
4 avqust 2015 10:48
4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Tomris Müslümova
Yayın vazkeçilməzi,amma mən yeyəndə üstünnən suda içirəm
4 avqust 2015 09:46
3
Sən sadəcə mənimsən...!
Offline
BARBI
Men de dondurmani yavas ve eridib yeyenlerdenem. Dondurmanin ustunnen su cay olmaz,
4 avqust 2015 09:33
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
aziz a
Adam gormusem dondurmani disleyib yeyir, uyyyu disim qamasdi...
4 avqust 2015 08:42
1
Rebbim kömek olsun cümlemize Amin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv