Düyü həlimi - orqanizmi təmizləyir, müalicə edir, gözəlləşdirir

Müəllif: emis
Şərhlər: 5
Baxılıb: 3 713
Səs ver:
(səs: 2)
Düyü həlimi çox faydalı müalicəvi məhsuldur. Düyü təbii absorbentdir.

Bu o deməkdir ki, düyü özünə toksinlər, şlaklar və s. ziyanlı maddələri hopdurur və orqanizmdən çıxardır. Nəticədə bağırsaqlar təmizlənir, orqanizm cavanlaşır. Belə nəticələri əldə etmək üçün düyü həlimini daim həftədə ən azı 2-3 dəfə 1 stəkan olmaqla qəbul etmək lazımdır.

Düyü həlimi həmçinin arıqlamağa da kömək edir.

Düyü həlimi əla kosmetik vasitədir - üz dərisinin vəziyyətini yaxşılaşdırır, dərini daha hamar, sağlam, cavan edir, məsamələri daraldır, piqment ləkələri daha görünməz edir. Belə nəticələri əldə etmək üçün düyü həlimini kosmetik maska kimi istifadə etmək lazımdır. Bunun üçün həlimdə pambıq parça isladın, sıxın və üz dərisinə qoyub 20 dəqiqə ərzində saxlayın. Daha sonra üzünüzü ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.

Düyü həlimi mədə və 12 barmaq bağıırsağı xora xəstəliyi, qastrit zamanı çox yaxşı  müalicəvi təsir edir, ağrıları və iltihabı azaldır. Düyü həlimi mədə və 12 barmaq bağırsağın selikli qişasını sanki örtür və bununla turşuların mənfi təsirlərdən qoruyur, selikli qişasının daha tez bərpa olunmasına, xora və eroziyaların sağalmasına kömək edir. Müalicəvi effekt almaq üçün düyü həlimini 2 həftə ərzində gündə 2 dəfə 1/2 stəkan olmaqla içmək lazımdır. Nəzərinizə çatdıraq ki, düyü həlimi bağırsaqları "yığır" və bu səbəbdən qəbizliyə gətirib çıxarda bilər. Bu halda həlimin qəbulunu azaldın.

Zəhərlənmə, ishal, bağırsaq infeksiyası zamanı düyü həlimi təsdiq edilmiş müalicəvi vasitədir - ishalı müalicə edir, bağırsaqları toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, mədə-bağırsaq sisteminin fəaliyyətini normallaşdırır, köpdən azad edir. Məhz bu səbəbdən həkimlər həm böyüklərə, həm də uşaqlara zəhərlənmə, ishal zamanı ilk növbədə məhz düyü həliminin qəbulunu tövsiyə edirlər.

Düyü həlimini hazırlamaq üçün 1 l suya 2 xörək qaşığı yumru düyü tökün və 40 dəqiqə ərzində vam odda qarışdıra-qarışdıra qaynadın. Nəticədə düyü həll bişməli, selikli kütlə alınmalıdır. Daha sonra həlimi süzün və qəbul edin.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri