Orqanizm üçün sarımsağın faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 638
Səs ver:
(səs: 2)
Sarımsaq həzmi yaxşılaşdırır, bağırsaqda qazın çıxarılmasına kömək edir. Pankreasda insulinin çoxalmasına kömək etdiyindən diabet xəstələrində qanda olan artıq şəkərin azalmasında effektlidir. Xroniki və kəskin bronxit, astma, qaymorit, xroniki zökəm, soyuqdəymə zamanı sarımsaq bənzərsiz dərman hesab olunur. Sarımsaq qanda olan xolestrolun səviyyəsini, yüksək təzyiqi azalda bilir, ürək tutmaları və insultun qarşısını ala biləcək vasitələrdən biridir. Sarımsaq qan damarlarını açır, toxumalara qanın daxil olmasını çoxaldır, qan dövranını yaxşılaşdırır, spazmanı aradan qaldırır və ürək xəstəliyinin sağalmasına yardım edir.
 
Son elmi araşdırmalar təsdiq edib ki, sarımsaq antioksidant kimi effektivdir, onun kükürd birləşmələri xərçəngə qarşı mübarizə apara bilir. Eyni zamanda sarımsaq orqanizmimizi ətrafdakı zərərli maddələrdən və nikotinin zərərindən qoruyur.
 
Sarımsaq xalq təbabətində hər zaman qiymətləndirilib və ondan bu günə qədər çox istifadə edirlər. Antibiotiklər kəşf olunana qədər vərəmə, yatalağa qarşı, müharibə zamanı yaraların dezinfeksiyası üçün sarımsaqdan istifadə olunub. Sarımsaq döş qəfəsi infeksiyaları zamanı müalicə üçün təbii dərman sayılır. Soyuqdəymə, zökəm və qulaq infeksiyası zamanı yaxşı kömək edir. Sarımsaqdan istifadə etmək qan dövranı və beynə qan axını problemini aradan qaldırır. Xoralar, xərçəng, rəhm xərçəngi, xroniki otit, boğaz ağrısı, sepsis, toksik şok viruslu infeksiyalar zamanı çox istifadə olunur.
 
Alimlər sarımsağın faydalarını və zərərlərini araşdırarkən öyrəniblər ki, bu tərəvəz sadəcə xərçəngin qarşısı alınması zamanı deyil, şiş artımının yavaşladaraq müalicəsində istifadə olunur.
Təzə doğranmış sarımsaq allisin ifraz edir. Allisin və digər uçucu yağlar yüksək antiseptik və antibiotik komponentlərə sahibdirlər. Buna görə də ciddi infeksiyalar zamanı sarımsaq effektiv təsir göstərir.
Sarımsağın tərkibində efir yağları, B vitamini qrupları, fermentlər, minerallar var.
 
Üzünüzdə sızanaq  varsa, üzərinə təzə sarımsaq çəkin.
 
Əgər hər gün yediyimiz qidalar sırasına sarımsağı əlavə etsək, infeksiyalara, xolesterinə, ürək xəstəliklərinə, qandakı şəkərə qarşı qorunmuş olarıq.  Sarımsaq şirəsini qarında olan problemlər zamanı içməyi məsləhət görürlər.
 
Bağırsaq parazitlərinə qarşı 4 diş sarımsağı gecə ərzində suda və ya süddə isladıb səhəri içmək lazımdır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri