Ana südünü artıran və doğuşu asanlaşdıran dadlı çərəz

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 617
Səs ver:
(səs: 0)
Zəngin vitamin və mineral tərkibi olan xurmanın stresə bağlı saç tökülməsinə mane olduğunu bilirdinizmi?

İnsan bədəninin sağlam və gümrah qala bilməsi üçün həyati əhəmiyyət daşıyan, özündə ondan çox vitamin və mineral ehtiva edən xurmanın faydalarını saymaqla bitmir.

Hər keçən gün daha çox faydası kəşf edilən xurmanın tərkibindəki zəngin maddələr bir çox sağlamlıq probleminin həlli ola bilir. Ürək-damar və mədə sağlamlığını qoruyucu, antioksidant xüsusiyyətə malik olan xurma xüsusilə tərkibindəki vitaminlər, minerallar və turşular sayəsində qadınlar üçün vacib qida hesab olunur.

Xurmanın xüsusilə hamilə və uşaq dünyaya gətirən qadınlar üçün əhəmiyyəti və faydaları  elmi cəhətdən də təsdiqlənib. Xurma ananın zəifləyən bədəninə enerji qazandırmaq, doğuşu asanlaşdırmaq kimi təsirləri ilə yanaşı, həmçinin xurmanın hamiləlik sonrası görülən və stressə bağlı saç tökülməsinə də mane olduğu deyilir.

Hamiləlik zamanı hormonların təsiri ilə güclənib canlanan saçlar doğuşdan sonra qəfil dəyişən hormon tarazlığı və stressdən dolayı sürətlə zəifləyərək tökülür. Yüksək dəmir və mineral tərkibi baxımından hamiləlikdə ən əlverişli qida olan xurma tərkibindəki amin turşuları ilə də saç əmələ gəlməsini dəstəkləyir. Xurmadakı prosiyanidinlərin isə saçın uzanmasında rolu olduğu bildirilir. Bu səbəbdən qadınlara doğuş öncəsi və sonrası xüsusilə təzə xurma yemək tövsiyə edilir.

Xurmanın həm də A vitamini, B1 (tiamin) B2 (riboflavin), biotin, fol turşusu və askorbin turşusu kimi vitaminlər zəngindir. Onun tərkibindəki bitki mənşəli sterollar, amin turşuları, minerallar saç möhkəmliyinin və qalınlığının artmasına dəstək olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri