Bu qidalar insanın yaradıcılıq qabiliyyətini artırır

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 208
Səs ver:
(səs: 1)
Kinoa
Kinoa orqanizm üçün son dərəcədə faydalı qidadır. O tərkibindəki protein sayəsində insanı gün ərzində gümrah saxlayır. Bədənə enerji verdiyi üçün yorğunluğu aradan qaldırır.  Səhərlər beyninizin ehtiyacı olan bir kasa kinoa yesəniz, daha yaradıcı ola bilərsiniz.

Çia çəyirdəyi
Bu kiçik qara çəyirdəklər əsl vitamin anbarıdır. Eyni zamanda bəyin funksiyalarını gücləndirməkdə çox önəmli rol oynayır.

Çiyələk, moruq, qarağat
Hər biri ayrı-ayrılıqda güclü antioksidant təsirə malik olan bu giləmeyvələr yaddaşı möhkəmləndirir.

Yumurta
Yumurta beyin inkişafı üçün əvəzolunmaz qidadır. Yəni, nə qədər çox yesəniz, yaradıcılıq qabiliyyətiniz bir o qədər çox artar.

Toyuq
Toyuqda diqqət pozğunluğunu aradan qaldıran amino turşuları və protein var.

Qara şokolad
Qara şokolad qan dövranını sürətləndirib, yorğunluqla mübarizə aparır və beyni daim oyaq saxlayır. Bu xüsusiyyətlərinə görə, yaradıcı insanlara qara şokolad yemək tövsiyə olunur.

Su
Beynin 80 faizinin sudan ibarət olduğunu düşünsək, onu susuz saxlamağın nə demək olduğunu özünüz düşünün.

Ginseng bitkisi
Bu bitkinin beynin qan dövranını sürətləndirdiyi araşdırmalarda sübut olunub. Çayınıza töküb içdikdə yaradıcılıq qabiliyyətini artıra bilərsiniz.

Fındıq əzməsi
Fındığın tərkibindəki yağlar beyin funksiyalarına təsir göstərir. Fındıq əzməsi yüksək kalorili olduğu üçün bir-iki çay qaşığından artıq yemək məsləhət deyil.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri