Boy uzanmasına təsir edən amillər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 307
Səs ver:
(səs: 1)
Uşaqların boyu adətən genlərlə bağlı olsa da, qidalanma da boyun uzanmasına təsir edən amillərə daxildir.

Süd: Süd və ağartı məhsullarının uşağın boyunun uzanmasında xüsusi rolu var. Gün ərzində 2 stəkan süd içmək boy uzanmasına təsir etməklə yanaşı, sümüklərin möhkəmlənməsində olduqca faydalıdır. Südün boy artımına təsirini gücləndirmək üçün gecə yatmazdan əvvəl içilməsi məsləhətdir. Çünki gecə saatlarında içilən süd böyümə hormonunun ifraz olunmasını təmin edir.

Süd məhsulları: Tərkibində kalsium olan bu qrupa qatıq, ayran və pendir daxildir. Qatıq uşaqlara tərəvəz yeməkləri ilə birlikdə verilməlidir. Pendir sevməyən uşaqlara pendirli piroq hazırlayaraq sevdirə bilərsiniz.

Brokoli: İmmunitent sisteminin güclənməsində və vücudun qorunmasında rol oynayan brokoli uşağın boy artımına təsir göstərən qidalardandır. Uşaqlar tərəfindən sevilməsə də, tez-tez yeyilməsi məsləhət görülür.

Quru meyvələr: Quru meyvələr də yaxşı kalsium mənbəyidir. Quru meyvələr boy artımına güclü təsir edir. Lakin quru meyvələrin nə qədər yeyilməsi çox vacibdir. Həddindən artıq yeyilməsi kökəlməyə səbəb ola bilər. Gün ərzində 4-5 quru qaysı, 2 quru əncir, 1 ovuc quru üzüm yeyə bilərlər.

Küncüt: Ən yüksək kalsium miqdarı küncütün tərkibindədir. Uşaqlara həftənin bəzi günləri çörək yerinə smit yedirə bilərsiniz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri