Yaşamağımız üçün 8 şirniyyat növü

Müəllif: ulduz
Şərhlər:
Baxılıb: 967
Paylaş:
Səs ver:
(səs: 0)
İnsanın qida rasionunun ayrılmaz hissəsi şirniyyatdır.
Son dövrlərdə şirniyyatlar əleyhinə nə qədər kampaniya aparılsa da, bir fakt məlumdur ki, şirniyyat insan orqanizmi üçün həyati vacibdir.
İnsan kalorili, kimyəvi şirniyyatı təbii şirniyyatla əvəz etsə, ondan daha çox fayda görə bilər, nəinki ziyan.
Həmin 8 şirniyyat növünü sizə təqdim edirik:

Qara şokolad
Siz südlü şokoladın əvəzinə qara şokolada üstünlük verməlisiniz. Onun həm kalorisi, həm də şəkəri azdır. Əvəzində tərkibində daha çox faydalı maddələr vardır: antioksidantlar, flavonoidlər, kalsium, zülal, dəmir, maqnezium və vitaminlər.

Zefir
Azkalorili olub, tərkibində əzələləri möhkəmləndirən dəmir, fosfor və zülallar vardır.

Marmelad
Tərkibində təbii pektinin olmasına görə çox faydalıdır. Pektin xolesterinin miqdarını aşağı salır, toksinləri çıxarır, mədə-bağırsaq sisteminin işini asanlaşdırır. Bununla yanaşı marmeladın kalorisi olduqca azdır.

Pastila
Pastilanı istədiyiniz qədər yeyə bilərsiniz. O da marmelad kimi radiasiyanın mənfi təsirini azaldır və ağır metal duzlarını orqanizmdən çıxarır.

Bal
Balın tərkibində şəkərdə olduğu qədər kalori vardır. Lakin o, şəkərdən şirindir. Şəkəri balla əvəz etdikdə ondan 2 dəfə az miqdarda götürmək lazımdır. Bundan başqa balın tərkibində orqanizm üçün vacib olan vitamin, mineral və aminturşular var. 100q balın tərkibində sutkalıq maqnezium, manqan və dəmir var. Təbii ki, söhbət təbii baldan gedir.

Halva
O, nəinki çox dadlıdır, həm də orqanizmə gəncləşdirici təsir edir. A, E və B qrup vitaminləri olması dəriyə çox yaxşı təsir edir. Məlumdur ki, halva qədim zamanlardan bəri kosmetik vasitə kimi də istofadə oçunur. Ondan düzəldilən maska quru dəri üçün idealdır.

Sukat- meyvə quruları
Tərkibində bir çox qiymətli vitaminlər və antioksidantlar var. O, yaddaşı yaxşılaşdırır, yorğunluğu götürür və əsəbləri nəzarətdə saxlayır. Bununla yanaşı azkalorili və faydalıdır.

Mürəbbə
Mürəbbə vitamin və mineral mənbəyidir. Mürəbbə bişirərkən meyvələr faydalı xüsusiyyətini saxlasın deyə onu çox qaynatmaq yox, beş dəqiqə bişirməklə və ya soyuq cem kimi hazırlamaq lazımdır. Ən faydalı mürəbbə moruq, heyva, qarağat və qoz mürəbbəsi hesab olunur

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 967
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv